BDU-da İlaxır çərşənbə qeyd olunub

BDU-da İlaxır çərşənbə qeyd olunub Bakı Dövlət Universitetində (BDU) İlaxır çərşənbə qeyd olunub.

BDU-nun rektoru Elçin Babayev tələbə və müəllimləri İlaxır çərşənbə münasibətilə təbrik edib, xalqımıza, dövlətimizə əmin-amanlıq, sülh arzulayıb. O, 2025-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu, bu il Qarabağda böyük Zəfərin 5 illik yubileyinin qeyd ediləcəyini, bunun hər bir azərbaycanlı üçün qürur, fəxr olduğunu bildirib. Rektor 2025-ci ilin ”Konstitusiya və Suverenlik İli” olmasının ölkəmiz üçün çox önəmli olduğunu diqqətə çatdırıb, BDU-nun da bu ilə öz töhfələrini verəcəyini vurğulayıb.

BDU rektoru Universitetin dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 5 ulduz ilə qiymətləndirildiyini xatırladıb, beynəlxalq uğurların daha da artırılacağını deyib. O, tələbələri günü-gündən güclənən qalib Azərbaycan üçün çalışmağa və layiqli vətəndaş olmağa çağırıb.

Novruz tonqalı qalanandan sonra bayram şənliyi BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər