
Bu barədə Roskaçestvonun Təşkilati İnkişaf Departamentinin kadrlar üzrə baş meneceri İrina Şuljenko məlumat verib.
Onun sözlərinə görə, 10 ildən sonra Rusiyada süni intellekt (AI) mütəxəssislərinə - süni intellekt sistemlərinin tərtibatçıları və operatorlarına tələbat böyük olacaq.
İkinci istiqamət böyük həcmli məlumatların emalı üçün analitik alətlərə malik olan data-analitiklərdir.
Rəqəmsal məlumatlar artdıqca məlumat sızması riskləri də artır və bu da informasiya təhlükəsizliyini kritik edir.
Dördüncü istiqamət ekologiya və davamlı inkişafla bağlıdır. ESG (ekoloji, sosial və idarəetmə) mütəxəssisləri iqlim və ekoloji riskləri minimuma endirəcəklər.
Həmçinin, artan stress və qeyri-sabitlik şəraitində insanların dəyişikliklərə uyğunlaşmasına kömək edən psixoloqlara tələbat yüksək olaraq qalacaq”, - Şuljenko vurğulayıb.( Bizim.Media )
Tehsil-press.az