Azərbaycan İspaniyaya başsağlığı verdi

Azərbaycan İspaniyaya başsağlığı verdi Azərbaycan səfirliyi İspaniyada mədən faciəsi ilə bağlı başsağlığı verib.

Bu barədə Azərbaycanın İspaniyadakı səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.

"Asturias mədənindəki faciə ilə bağlı ölənlərin ailələri və yaxınlarına başsağlığı veririk. Yaralananların tezliklə və tam sağalmasını arzulayırıq”, - paylaşımda qeyd olunur.

Qeyd edək ki, bu gün İspaniyada baş verən partlayışda beş mədənçi ölüb, dörd nəfər yaralanıb.

Tehsil-press.az


Oxşar xəbərlər