İmamoğlu məhkəmədə bu sözləri dedi - YENİLƏNİB

İmamoğlu məhkəmədə bu sözləri dedi - YENİLƏNİB Tutularaq vəzifəsindən azad edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün Silivridə hakim qarşısına çıxarılıb.

İmamoğlu İstanbulun Baş prokuroru Akın Gürlekə qarşı açılan işdə ilk müdafiə çıxışını edib.

İstanbul 14-cü Ağır Cəza Məhkəməsinin Silivridəki Mərmərə Cəza Müəssisələri Kampusunun məhkəmə zalında keçirilən məhkəmə iclasına İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, oğlu Səlim İmamoğlu, millət vəkilləri, Bələdiyyə Başçısı Sinem Dedetaş və tərəflərin vəkilləri qatılıb.

İclasda müdafiə çıxışı edən İmamoğlu istintaq mövzusu olan sözlərində təhdid olmadığını deyib: "Mən bu gün buradayam və insan olaraq niyə burada olduğumu soruşuram. Bunun cavabını tapmaqda çətinlik çəkirəm. Bu çərçivədə aparılan proseslərdən narahatam. Əlbəttə, siz burada məhkəmə adından oturursunuz, amma mən həm də dünyanın ən köhnə bələdiyyəsinin başçısı olaraq buradayam.

Baş prokurorluqdan görüş təyin etməsini istədim, amma həftələrlə görüş vermədilər. İfadə azadlığı çərçivəsində tənqid etdim. Məni terrorla əlaqələndirən hər kəsin alnını qarışlayaram, mən bu ölkənin vətənpərvəriyəm".

Mənə baxan türk bayrağını, Mustafa Kamal Atatürkü görür. Məni terrorla bir araya gətirənlər həddini bilsin. Ayıbdır, yazıqdır, günahdır. Üç ittihamla bağlı fikrim aydındır. Təbii ki, mən özümü böyük türk məhkəməsinə əmanət edirəm. Düşünmək belə istəmirəm ki, bu proses düzgün istintaq prosesi olmayıb və hətta ifadələr də araşdırılmayıb, pis niyyətlə yazılmayıb, amma başa düşülən deyil. Mən bu üç iddianın heç birini qəbul etmirəm".

Məhkəmə iclası iyunun 16-na qədər təxirə salıb.

***10:47

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İstanbulun Baş prokuroru Akın Gürlək barəsində dediyi sözlərə görə açılan iddianın ilk iclası bu gün başlayır.

Bundan əlavə, "tender saxtakarlığı" və "pul sayma" işlərinə də bu gün baxılacaq.

Həbs olunaraq vəzifəsindən azad İmamoğlunun məhkəmə prosesi Silivridə keçiriləcək.

İmamoğlu Akın Gürlək haqqında dediklərinə görə "terrorla mübarizə aparan insanları hədəfə almaq", "təhqir" və "təhdid" ittihamları ilə mühakimə olunacaq. İmamoğlunun 7 il 4 aya qədər azadlıqdan məhrum edilməsi, səsvermə və seçilmək hüququndan məhrum edilməsi və dövlət vəzifəsində işləməsinə qadağa qoyulması tələb olunur.

Digər tərəfdən, Daxili İşlər Nazirliyinin 2023-cü ildə başlatdığı araşdırma nəticəsində İmamoğluna qarşı "tenderi saxtalaşdırmaq" ittihamı ilə iddia açılıb. İmamoğlunun Beylikdüzü Bələdiyyə Başçısı olduğu dövrə aid olan tender işinə də bu gün baxılacaq. Buna görə isə İmamoğlunun 3 ildən 7 ilədək həbs cəzası və siyasi fəaliyyətinə qadağa qoyulması tələab edilir.

Bu gün baxılacaq digər bir iş isə CHP-nin İstanbul Baş Qərargahında qeydə alındığı iddia edilən "pul sayma" görüntüləri ilə bağlıdır. Martın 31-də keçiriləcək yerli seçkilər ərəfəsində ortaya çıxan görüntülər nəticəsində İmamoğlunun komandası da daxil olmaqla 22 nəfər "qanunsuz pul toplamaq" ittihamı ilə mühakimə olunur.

Tehsil-press.az

Oxşar xəbərlər