QƏRAR VERİLDİ: Sülh olacaq

QƏRAR VERİLDİ: Sülh olacaq Tailand və Kamboca arasında qeyd-şərtsiz atəşkəs elan olunub.

Bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim bəyanat verib.

Onun sözlərinə görə, atəşkəs bu axşamdan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, Ə.İbrahim bir neçə gün əvvəl iki ölkə arasında atəşkəsin elan olunduğunu açıqlasa da, tərəflər arasında toqquşmalar davam etmişdi.

Xatırladaq ki, Tailand-Kamboca sərhədində hər iki ölkənin orduları arasında baş vermiş silahlı toqquşmalar nəticəsində ölən və yaralananlar olub, ümumilikdə 300 mindən çox adam yaşadığı əraziləri tərk etməyə məcbur qalıb.

Tehsil-press.az

Oxşar xəbərlər