Tələbələrə zooparkda məskunlaşan müxtəlif heyvan növləri, onların həyat tərzi, ekoloji xüsusiyyətləri və etologiyası barədə məlumat verilib. Həmçinin, tələbələrə sürünənlər sinfinə mənsub olan saqqallı aqama, adi boa, eublefar, həşəratlar sinfinə aid Madaqaskar tarakanı və bir çox heyvan növləri ilə əyani şəkildə tanış olmaq fürsəti yaradılıb.
Sonra tələbələr parkın ərazisindəki Azərbaycanın yerli fauna nümunələri, müxtəlif coğrafi bölgələrə məxsus heyvan növləri ilə tanış olublar. Onlara Azərbaycanın “Qırmızı Kitab”ına daxil, nəsli kəsilmək üzrə olan növlərin mühafizəsi, populyasiyalar üçün ekoloji təhlükələrin aradan qaldırılması, ərazidə həyata keçirilən reintroduksiya proqramı haqqında da məlumat verilib.
Tehsil-press.az