Beynəlxalq Qarabağ Təşkilatı elmi seminar keçirir

Beynəlxalq Qarabağ Təşkilatı elmi seminar keçirir Beynəlxalq Qarabağ Təşkilatının (BQT) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi seminar öz işinə başlayıb.

Elmi seminarda 2024-cü ildə keçirilmiş “Qarabağ dünən, bu gün və sabah” elmi konfransının Azərbaycan tarixinin yeni konsepsiyasına həsr olunmuş məqalələr toplusu, eləcə də tarix elmləri namizədi, dosent Akif Nağının yeni konsepsiya əsasında yazılmış “Azərbaycan tarixi” kitabı təqdim və müzakirə olunur.

Tədbiri Azərbaycan Dövlət İdarəetmə Akademiyasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova açıb.

Sonra Akif Nağıya söz verilib. Çıxışçı “Azərbaycan tarixi”, “Azərbaycanın ən yeni tarixi” və 2024-cü ildə keçirilmiş “Qarabağ dünən, bu gün və sabah” adlı elmi konfransının materiallarının toplandığı kitablar barədə ətraflı məlumat verib.

Tədbirdə universitetin professor və müəllim heyəti ilə yanaşı, başqa universitetlərdə çalışan tarixçi alimlər, tələblər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər