Əziz Ələkbərli: "Qərbi Azərbaycan 60 milyonluq azərbaycanlıların məsələsidir"

Əziz Ələkbərli: "Erməni yalanları və saxtakarlıqlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür".

Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli aprelin 22-də Bakıda "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-hay hiylə və fitnələri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ermənilər hər zaman dünya ictimaiyyətini yalanlarına inandırmağa çalışıblar: "Həmin beyinlərdən saxtakarlıqları çıxarmaq, sonra həqiqətləri təqdim etmək lazımdır. Erməni yalanlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür".

Sədr əlavə edib ki, Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı böyük işlər gedir: "Bu, təkcə Qərbi azərbaycanlıların məsələsi deyil, 60 milyonluq azərbaycanlıların məsələsidir".

Tehsil-press.az

Oxşar xəbərlər