Deputat Əziz Ələkbərli qərbi azərbaycanlıların arxivini yox edib? - Sensasion ittihamlar...

Deputat Əziz Ələkbərli qərbi azərbaycanlıların arxivini yox edib? - Sensasion ittihamlar... Milli Məclisin deputatı Əziz Ələkbərli ilə bağlı Azsiyaset.com saytına ilginc məlumat daxil olub.
1988-ci ildə Ermənistandan deportasiya olunan yüz minlərlə azərbaycanlının sənədlərinin toplandığı Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının arxivi deputat Ə.Ələkbərli tərəfindən yox edilib.
Ofisi Ayna Sultanovada yerləşən Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi azərbaycanlılar tərəfindən təsis edilib. Hazırda bu təşkilatın sədri deputat Ə.Ələkbərlidir. Ondan əvvəl təşkilata qaynatası Abbas Səfərov rəhbərlik edib. Təşkilata rəhbərliyin sırf qohumluq prinsipləri əsasında və gizli şəkildə həyata keçirildiyi bildirilir.
O da qeyd olunur ki, əvvəllər təşkilatın ofisi 200-250 kvadratmetr olub, daha sonralar isə ofisin bir hissəsi satılıb.
Qeyd edək ki, Azsiayset.com-a müraciət edən bir qrup vətəndaş iddia edir ki, onlar Ə.Ələkbərlidən arxivin hansı səbəbdən yox edilməsini soruşublar. Ancaq bu suala da cavab ala bilməyiblər.
İddia edirlər ki, Qərbi azərbaycanlılarının sənədlərinin toplandığı arxiv Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə məhv edilib və bu işin də icraçısı Ə.Ələkbərlidir.
Qeyd edək ki, Ermənistandan deportasiya edilən soydaşlarımızın sənədlərinin toplandığı arxiv böyük tarixi əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Ə.Ələkbərlinin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq...

Tehsil-press.az


Oxşar xəbərlər