
Bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.
Bildirilib ki, ABŞ-İran danışıqları nəticəsiz qalarsa, bu məsələ ölkə prezidentləri arasında müzakirə edilə bilər:
“Ankaranın İsrailin İrana mümkün zərbəsi ilə bağlı narahatlıqlarına baxmayaraq, Türkiyədən hərbi əməliyyatlara qarışmaması tələb ediləcək”.
Qeyd olunub ki, may ayında ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfəri çərçivəsində Türkiyəyə gedəcəyi gözlənilir:
“Bu, mümkün olmasa, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iyunda ABŞ-a səfəri çərçivəsində görüş ola bilər”.
Tehsil-press.az