
Bu barədə “Yeni Şafak” məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, Şəra Səudiyyə Ərəbistanı səfərindən sonra Türkiyəyə gələcək. Şəranın Prezident Rəcəb Tayyib Ərdoğanla üz-üzə görüşəcəyi Türkiyə səfəri zamanı gündəmin ən mühüm mövzusu PKK/YPG terror təşkilatının Suriyadakı mövcudluğu məsələsi olacaq.
Şəranın bundan əvvəl planlaşdırılan səfəri müəyyən məsələlərə görə təxirə salınmışdı. Suriyanın yeni liderinin yaxın iki həftə ərzində Türkiyəyə gələcəyi gözlənilir”, - məlumatda deyilir.
Tehsil-press.az