
Proqramda mərhum aktyorun dostları onunla bağlı xatirələrini bölüşüblər.
Xalq artisti Əbdül Mahmudbəyov onun sənətə qəlbən bağlı olduğunu və çətin səhnələrdə belə özünün çəkildiyini qeyd edib.
Mədəniyyət yazarı Vasif Ayan aktyorun həyat yoldaşı ilə birgə düşdüyü qəzada onu itirməsindən və buna görə çəkdiyi mənəvi iztirablardan danışıb.
O, həmçinin Ənvər Həsənovun komaya düşməzdən əvvəl gənc yaşlarında çəkildiyi ən məşhur film olan "Uşaqlığın son gecəsi"ni izləyərkən duyğulu anlar yaşaması ilə bağlı xatirələrini bölüşüb.
Verilişdə Ənvər Həsənovun dostu İlham Babayev aktyorun ikinci dəfə ailə qurmaq istəməməsinin səbəbinə də aydınlıq gətirib.
Ətraflı süjetdə:
Tehsil-press.az