
Bunu Baş QHT Şöbəsi, BMT DESA İqtisadi və Sosial Məsələlər departamentinin nümayəndəsi Vuk-Cin Çanq (Wook-Jin Chang) Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında deyib.
O bildirib ki, Azərbaycan bu gün icmaların sıx əməkdaşlığı və səylərin səfərbər edilməsi sahəsində əmək sərf edir:
"2030-cü ildən bizi beş il ayırır. Dayanıqlı inkişaf yolunda getmək üçün vaxt azalır. Biz birlikdə güclüyük. Dəyişiklikləri gözləməyək, onların önündə gedək. Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə duyulması və dəstək ola bilmək üçün əmək sərf edir. Platforma BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur".
Tehsil-press.az