Balaxanı qəsəbəsində SEX YANIB

Balaxanı qəsəbəsində SEX YANIB Bakı şəhərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.

Bu barədə məlumat daxil olub.

Qeyd olunub ki, güclü qara tüstü ilə müşahidə olunan hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

"Yanğın hadisəsi sexdə baş verib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb", - deyə məlumatda bildirilir.

Tehsil-press.az


Oxşar xəbərlər