BDU-nun Coğrafiya fakültəsi 200 nömrəli məktəb-liseydə “Coğrafiya - sirli bir dünya” adlı tədbir təşkil edib

BDU-nun Coğrafiya fakültəsi 200 nömrəli məktəb-liseydə “Coğrafiya - sirli bir dünya” adlı tədbir təşkil edib Bakı Dövlət Univerisetinin Coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti Nərminə Seyfullayeva və “Coğrafiya müəllimliyi” ixtisası üzrə pedaqoji təcrübə keçən IV kurs tələbələrinin təşkilatçılığı ilə Bakının Nərimanov rayonunun 200 nömrəli məktəb-lisey kompleksində “Coğrafiya - sirli bir dünya” adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə Coğrafiya fənninin tədrisinə maraq oyatmaq, ətraf mühitin çirklənməsinə qarşı mübarizə tədbirləri barədə onları maarifləndirməkdir.

BDU-nun müəllim və şagirdləri Coğrafiya elminin yaranması, inkişafı, digər təbiət elmləri ilə əlaqəsi, əsas sahələri barədə şagirdlərə məlumat verilib. Şagirdlərin ifasında ətraf mühitin qorunmasına həsr edilmiş mahnılar, şeirlər oxunub, səhnəciklər təqdim edilib. Sonda daha fəal olan siniflərə diplomlar təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər