
Z.Eminov tədbir iştirakçılarına institutun fəaliyyəti, tədqiqat sahələri, tanınmış alimləri, əhəmiyyətli nəşrləri, coğrafi problemlər və s. haqqında məlumat verib. O bildirib ki, alimlərlə şagird və müəllim kollektivlərinin görüşləri ənənə halını alıb və belə tədbirlər yeniyetmələrdə elmə marağı artırır, onların gələcəkdə peşə seçimində əhəmiyyətli rol oynayır.
Sonra “Kiçik Akademiya”nın istedadlı şagirdləri “Bacarıq ağlın nişanəsidir” adlı proqramla çıxış ediblər. Şagirdlər “Ekoloji təmiz cərəyan”, “Azərbaycanda alternativ enerji mənbələrindən istifadə”, “Sintetik yuyucu vasitələrin ekologiyaya və insan orqanizminə təsiri” mövzularında təqdimatlar ediblər.
Sonda “Kiçik Akademiya”nın tədbirdə fəal iştirak edən şagirdlərinə təşəkkürnamələr verilib.
Tehsil-press.az