
Tədbir BDU və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında anlaşma memorandumu əsasında birgə təşkil olunub.
Maarifləndirici tədbirdə 144 tələbə iştirak edib. Onlar UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Hirkan Milli Parkının nadir və endemik növlərlə zəngin ekosistemi ilə tanış olub, biomüxtəlifliyin mühafizəsi, ekoloji tarazlığın qorunması və davamlı inkişaf prinsipləri barədə biliklərini artırıblar. Bu, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişafına, biomüxtəlifliyin praktiki öyrənilməsinə və ekoloji düşüncənin formalaşmasına mühüm töhfə verir.
Tehsil-press.az