BDU tələbələri “Pillə-3” Tələbə Tamaşaları Festivalında çıxış ediblər

BDU tələbələri “Pillə-3” Tələbə Tamaşaları Festivalında çıxış ediblər Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin tələbələrin iştirakı ilə səhnələşdirdiyi “Ezop” tamaşası “Pillə-3” Tələbə Tamaşaları Festivalında nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Vahid Orucoğludur.

“Ezop” tamaşasında rolları Universitetin tələbələri Hüseyn Cabbarlı, Fidan Sultanova, Ramazan Ramazanzadə, Nuran Atakişiyev, Rəna Əsədova və Murad Qəmbərov ifa ediblər.

Tamaşa dünya ədəbiyyatının klassik simalarından olan Ezopun həyatına və onun məşhur fəlsəfi hekayələrinə əsaslanaraq hazırlanıb. Qədim yunan təmsil ustası Ezopun  (e.ə. VI əsr) qısa, lakin dərin mənalı hekayələri əsrlər boyu insanlara həyat dərsi verib. Əsərlərində heyvan obrazlarından istifadə etməklə insan xarakterini, zəif və güclü cəhətləri, cəmiyyətin problemlərini ustalıqla tənqid edən Ezopun “Tülkü və Üzüm”, “Qurd və Quzu”, “Qarğa və Küp” kimi məşhur hekayələri bu gün də aktualdır.

Tehsil-press.az

Oxşar xəbərlər