Sessiyada iştirakçılara “Elsevier”in təqdim etdiyi "Scopus", "ScienceDirect", "Scopus AI" və "Mendeley" kimi qabaqcıl elmi alətlərdən tədqiqat prosesində səmərəli istifadə yolları barədə məlumat verilib. İştirakçılara effektiv axtarış üsulları, mövzu seçimi, müəllif və qurum profillərinin optimallaşdırılması, yüksək kvartilli jurnalların müəyyənləşdirilməsi, beynəlxalq elmi jurnallarda nəşrə hazırlıq mərhələləri və bu prosesdə “Scopus AI” süni intellekt alətlərinin tətbiq imkanları təqdim olunub. Həmçinin, “Elsevier” resurslarına çıxış və istifadəyə dair praktik tövsiyələr səsləndirilib.
Məlumat sessiyasında 100-dən çox tədqiqatçı iştirak edib. Sonda iştirakçılara elektron sertifikatlar təqdim olunub.
Tehsil-press.az