BP və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin NDU-da “APTIS” layihəsinin yekununa dair sertifikatların təqdimetmə mərasimi keçirilib

BP və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin NDU-da “APTIS” layihəsinin yekununa dair sertifikatların təqdimetmə mərasimi keçirilib İyunun 13-də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində BP və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin NDU-da “APTIS” layihəsinin yekununa dair sertifikatların təqdimetmə mərasimi keçirilib.

Tədbirdən öncə məktəbin 6-cı sinif şagirdlərinin hazırladığı əl işlərindən ibarət elmi layihələrin təqdim olunduğu sərgiyə baxış olub.

Sonra NDU və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlıq memorandumu yenilənib.

Rektor Elbrus İsayev çıxış edərək tədbiri vacib və əhəmiyyətli görüş adlandırıb. BP və Britaniya Şurasının ölkəmiz üzrə nümayəndəliyi ilə əməkdaşlığı faydalı, səmərəli işbirliyi olaraq dəyərləndirib. Bu çərçivədə Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq NDU-da 2022-ci ildə yaradılan IELTS Qeydiyyat və İmtahan mərkəzinin yaradılmasını, müəllimlərin ingilis dili biliyini qiymətləndirən beynəlxalq səviyyəli ingilis dili “APTIS” təlimini tərəfdaşlığın mühüm nəticəsi olduğunu bildirib.

BP-nin Xəzər regionu üzrə Vitze-Prezidenti Bəxtiyar Aslanbəyli əməkdaşlıqdan məmnunluğunu ifadə edib və çoxdan gözlənilən görüş olduğunu söyləyib. Bəxtiyar Aslanbəyli ikitərəfli əlaqələrin təhsil mühitinin inkişafına yönəldiyini vurğulayıb, BP-nin sosial layihə tərəfdaşlıqları sırasında xüsusi yer alan NDU ilə yeni layihələrin həyata keçiriləcəyini qeyd edib.

Britaniya Şurasının Azərbaycan üzrə Ölkə Direktoru Nərgiz Hacıyeva çıxışında ömürboyu təhsil konsepsiyasından söz açıb, NDU ilə tərəfdaşlığın ən dəyərli portnyorlar sırasında olduğunu söyləyib. Nərgiz Hacıyeva NDU-da “APTIS” və perspektivdə planlaşdırılan fəaliyyətlərin aktiv işbirliyinə hədəfləndiyi bildirib.

NDU Beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə bildirib ki, 16 oktyabr 2024-cü il tarixində ilk olaraq təlimdə iştirak edəcək müəllimlər üçün “APTIS” diaqnostik testi keçirilib. Daha sonra universitetin ingilis dili və tədrisi ingilis dilində olan ixtisaslarda dərs deyən müəllimləri beş aya yaxın davam edən təlimlərdə iştirak ediblər.

Proqrama uyğun olaraq müəllimlərin ingilis dili nəzəri bilikləri və tədris bacarıqları təkmilləşdirilib. Bu əsasda onların yazı, oxu, dinləmə, danışıq bacarıqları, söz ehtiyatı və qrammatika üzrə bilikləri qiymətləndirilib. Britaniya Konsulluğunun dörd təlimçisi nəzərdə tutulan dərslər əsaslı onlayn təlimlər keçib. 120 saatlıq onlayn təlimlər öncə 39 müəllimin iştirakı ilə başlanıb. Yekunda isə təlimləri uğurla tamamlayan 28 müəllim imtahanda iştirak hüququ qazanıb. 13-14 mart tarixlərində NDU-nun IELTS Mərkəzində yekun “APTIS” imtahanı keçirilib.

“APTIS” Layihə iştirakçıları adından çıxış edən Beynəlxalq Kembric Məktəbinin ingilis dili müəllimi Elçin Mirzəyev universitet tərəfindən müəllimlər üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Sonra layihəni uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim edilib.

Yekunda rektor Elbrus İsayev tərəfindən tərəfdaşlara plaketlər və hədiyyələr təqdim edilib, tədbirdən xatirə fotosu çəkilib.

BP və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin NDU-da “APTIS” layihəsinin yekununa dair sertifikatların təqdimetmə mərasimi keçirilib
BP və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin NDU-da “APTIS” layihəsinin yekununa dair sertifikatların təqdimetmə mərasimi keçirilib
BP və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin NDU-da “APTIS” layihəsinin yekununa dair sertifikatların təqdimetmə mərasimi keçirilib
BP və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin NDU-da “APTIS” layihəsinin yekununa dair sertifikatların təqdimetmə mərasimi keçirilib
BP və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin NDU-da “APTIS” layihəsinin yekununa dair sertifikatların təqdimetmə mərasimi keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər