Tarix və yeniliklər

Tarix və yeniliklər “ Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır çinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkirli niyyətlərinə qarşı ayıq –sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir.”

Ümummilli lider Heydər Əliyev bu ifadəsilə biz tarix müəllimlərinin qarşısında duran vəzifələri tam aydın şəkildə izah etmişdir.
Azərbyacan tarixi qədim və zəngindir. Tariximiz keçmişi bir-birini izləyən və tamamlayan , ardıcıl şəkildə əvəz edən fakt və hadisələrlə zəngindir. Bu fakt və hadisələr Azərbaycanda insanların tarixi yaddaşının, milli mentalitetinin formalaşmasına təsir göstərir, müasir zamanda sosial, iqtisadi və mədəni inkişaf baxımından müqaisə və təhlillər aparmağa imkan yaradır.
Yeni təlim metodu tariximiz üzrə biliklərin ilk növbədə tarixi xronoloji ardıcıllıqla müəyyən olunmasını və məzmun standartların da nəzərə alınmasını tələb edir. Bu biliklər ümumiləşdirilərək tarixi məkan, tarixi zaman, dövlət, şəxsiyyət və mədəniyyət məzmun xətləri üzrə qruplaşdırılmışdır. Məzmun standartları müəyyənləşdirilərkən şagirdlərin öyrənəcəkləri tarixi biliklər və fənn üzrə konkret təlim fəaliyyətləri ( idrak, hissi, psixomotor) diqqət mərkəzində saxlanılmışdır.
Məzmun standartları, təlim strategiyaları və qiymətləndirmə mexanizmləri hazırlanarkən şagird şəxsiyyətinin inkişaf edilməsi, onların meyil və maraqları, əqli və fiziki imkanları əsas götürülür.
Azərbaycan tarixi şagirdlərin yüksək intelektə, biliyə, geniş dünyagörüşünə malik olmasında , onların şəxsiyyət kimi formalaşmasında , soykökünü, adət-ənənələrini, milli- mənəvi dəyərlərini, ailəsini, vətənini, millətini sevməsində böyük rol oynayır.
Bu gün “Azərbaycan tarixi” fənni kurikuluma əsasən tədris olunur və vətən tarixinin qədim zamanlardan bu günədək ən mühim tarixi hadisə, proses və təzahürləri baradə ətraflı məlumatlar əldə edilir.. Şagird tarixi zaman anlayışını, yazılı və maddi mənbələri fərqləndirir, dövlətlər haqqında biliklər nümayiş etdirir, Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir, maddi mədəniyyət abidələrini və mənəvi dəyərlərini qiymətləndirir, insan və cəmiyyətin inkişafı üçün əlverişli təbii coğrafi amilləri izah edir və mühüm tarixi abidələri xəritədə müəyyənləşdirir. Azərbaycan tarixi fənn kurikulumunun əsas cəhətləri şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, tələbyönümlülük və inteqrativlikdir.
Fənn kurikulumu tədbiqi şagirdlərlə yanaşı müəllimlərin də tədris fəaliyyətində köklü dəyişikliklərə səbəb olur .
Müəllim dərsi aşağıdakı plana əsasən təşkil etməlidir.

1.Dərsin gözlənilən nəticəsini müəyyən etməli,
2. dərsin motivasiyasını hazırlamalı,
3. tədqiqat zamani yeni biliyi toplamaq üçün istifadə olunan bilik mənbələrini və metodlarını müəyyənləşdirməli,
4. materiallar və iş vərəqləri hazırlamalı,
5. yönəldici suallardan istifade etməli,
6. dərsin hər mərhələsi üçün vaxtı müəyyən etməli,
7. tətbiqetmə mərhələsi üçün tapşırıqlar hazırlamalı,
8. qiymətləndirmə formasını seçməli və meyarları müəyyənləşdirməli,
9. refleksiyanın gedişini müəyyənləşdirməli,
10. dərsdə istifadə olunacaq texniki vasitələri və dəftərxana ləvazimatlarını hazırlamalıdır.

Şagirdlərin bilik və bacarıqlarının formalaşması, müstəqil , sərbəst və yaradıcı düşünməsində, biliklərin praktik bacarıqlarla əvəz etməsində yeni təlim standartlarının, strategiyalarının və qiymətləndirmə mexanizmlərinin mühüm əhəmiyyəti vardır.
Tədris prosesində yeni təlim metodlarından, texnologiyalardan və İKT- dən istifadə edilməsi şagirdlərin təhsilə biganəliyinin aradan qaldırılmasına, lazimi təfəkkür xüsusiyyətlərinin formalaşmasına , ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Bu təlimidə daha da yüksək və keyfiyyətli nəticələr əldə etmək üçün Elektron lövhədən də istifadə etmək lazımdır.
Ağllı lövhə adi lövhə, proyektor qoşulmuş kompyuterlə müqaisədə bir sıra üstünlüklərə malikdir. Bu lövhə müəllimə bir çox illustrativ vasitələrdən (şəkil, xəritə, video) geniş istifadə imkanı verir. Bu da şagirdlərin tədris materiallarını daha yaxşı mənimsəməsinə kömək edir.
Elektron lövhədən istifadə etməklə tarix fənni də şagirdlər tərəfindən yüksək səviyyədə mənimsənilir. Elektron lövhədə hazırlanmış hər hansı bir mövzunun Motivasiyasının hazırlanmasında Videoçarxlardan asanlıqla istifadə etmək mümkündür.. Ümumiyyətlə motivasiya elə hazırlanmalıdır ki, şagirdlər tərəfindən tez və asan anlaşılsın. Bu zaman vaxta da qənaət edilmiş olar.
Tədqiqat sualı şagirdlərə keçirilən mövzu ilə bu gün ki günü əlaqələndirməyə kömək etməlidir. Tarixin bütün zamanlarını və baş verən hadisələri yaşadıqları zamanla müqaisə etmək şagirdin məntiqi təfəkkürünü artırır.
Dərsin ikinci mərhələsi Tədqiqatın aparılmasıdır. Bu zaman sinif qruplara bölünür və tədqiqiat aparmaq üçün tapşırıqlar verilir. Müəllim qrupun üzvülərini elə seçməlidir ki, qrupda hər səviyyədə oxuyan şagird olsun. Bunu üçün müxtəlif üsullardan istifadə etmək olar.
Dərsin üçüncü mərhələsi –İnformasiya mübadiləsi. Qrupun lideri tədqiqat zamanı əldə edilən bilikləri təqdim edir. Bu zaman qrupun digər üzvüləri passiv qala bilərlər. Bu passivliyi aradan qaldırmaq üçün elektron lövhədə qrupun iş vərəqində digər bir tapşırıq yerləşdirilir və bu tapşırığı yerinə yetirmək üçün qrupun digər üzüvü lövhəyə gəlir. Bu zaman ona yerdə qalan digər qrup üzvüləri də kömək edə bilərlər.
Dördüncü mərhələ -Məlumatın müzakirəsində şagirdlərin hər bir təqdimata dair fikirlərini söyləməsinə şərait yaradılmalıdır. Onların müzakirədə aktivliyini artırmaq üçün müəllim sualları düzgün seçməlidir.Müzakirədən sonra qruplar üçün qiymərləndirmə səhifəsi hazırlana bilər və onlar bir birnin təqdimatını qiymətləndirirlər.
Ümumiləşdirmə və nəticə mərhələsində çalışmaq lazımdır ki, dərsin məqsədinə tam nail olunsun.
Yaradıcı tətbiq etmədə Elektron lövhənin İşarə ( metka), Sehirli mürəkkəb aləti (sehirli güzgü), sehirli qələm, kontenerlər, Krossvord, pazl, sehirli qutu, fırlanan çarx, pərdə və sair funksiyalarından istifadə etməklə tapırıqlar hazırlanır və şagirdlər kollektiv şəkildə tapşırıqları yerinə yetirirlər. Tapşırıqlar sadədən mürəkkəbə və xronoloji ardıcıllığa əsaslanaraq hazırlanır. Veb 2.0 – 3.0 alətlərindən istifadə edilərək hazırlanan bütün materialları əsasən oyunları çox asanlıqla elekton lövhəyə yerləşdirmək və şagirdlərə təqdim etmək mümkündür.
Bu oyunlarda keçirilən mövzu və əvvəlki mövzular təkrarlanmaq məqsədi ilə öz əksini tapır.
Şagirdlər lövhədən adi lövhə kimi də istifadə edə bilir. Burada yeni eşitdiyi sözləri, xranalogiyanı yazır. Xronoloji məsələləri həll edir. Lövhədə bir başa interternetdən istifadə etməklə müxtəlif video çarxlar nümayiş etdirmək mümkündür.
Lövhədə Mikrosoft Office poqramlarının hər birində sərbəst işləmək mümkündür.
Evə tapşır verildikdə müəllim şagirdlərin bəzi şəraitlərini nəzərə almalıdır. Ola bilər ki, şagirdin ev tapşırığını yerinə yetirmək üçün texniki vəsaiti olmasın. Yəni tapşırığı yerini yetirdikdə internetin olub olmaması şagirdə problem yaratmasın.
Qiymətləndirmə mərhələsində müəllim özü şagirdləri səviyyələrə görə qiymətləndiməlidir.
Bütün yenilikləri bilmək və onu öz dərslərində tətbiq etmək hər bir müəllimin borcudur. Lakin Ulu Öndər Heydər Əliyevin sözü ilə desək “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.”

Gülyanaq Əliyeva
İsmayıllı rayonu Musa Piriyev adına
Tircan kənd tam orta məktəinin tarix müəllimi

Oxşar xəbərlər