ADA Universitetinin komandası Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos” tərəfindən keçirilən “CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinin qalibi olub.
Sayca 5-ci olan builki müsabiqə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılmasını, bu sahədə fundamental bilik və bacarıqların formalaşdırılmasını və yerli kadrların yetişdirilməsini hədəfləyib. Müsabiqə zamanı iştirakçılara elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik sahələrinə aid tapşırıqlar verilib.
ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin tələbələrindən ibarət “CanStellar” komandası müsabiqə çərçivəsində layihələndirmə, reallaşdırma, uçuş öncəsi yoxlamalar və final uçuş mərhələlərində uğurla iştirak ediblər. Final mərhələsində onların hazırladığı 500 qramlıq model peyk raketin daxilinə yerləşdirilib və 200 metr yüksəklikdən səmaya buraxılıb. Komanda üzvləri Ayxan İsmayılzadə, Həcər Nağıyeva, Hüseyn Səbziyev, Xalid Məmmədov, İlhamə Novruzova və Nərgiz Əliyeva münsiflər heyəti tərəfindən müsabiqənin qiymətləndirmə meyarlarına uyğun olaraq birinci yerə layiq görülüb və “Azərkosmos” tərəfindən pul mükafatı əldə ediblər.
Müsabiqə qalibləri ilə görüşən ADA Universitetin rektoru səfir Hafiz Paşayev tələbələri bu uğur münasibətilə təbrik edib: “Siz ADA Universitetini əhəmiyyətli müsabiqələrdə layiqincə təmsil edərək əldə etdiyiniz bu nailiyyət ilə ADA-nın adını daha da yüksəklərə qaldırmısınız”.
Qeyd edək ki, ümumilikdə ölkə üzrə 14 universitetdən 42 komandanın müraciət etdiyi müsabiqədə 8 komanda final mərhələsinə vəsiqə qazanıb.
Tehsil-press.az