Bu il fəaliyyətə başlamasından beş il ötən Avropa Azərbaycan Məktəbi növbəti tədris ilində şagirdlərinin sayını 800- ə çatdıracaq. Azərbaycan təhsilində bir yenilik olan Avropa Azərbaycan Məktəbinin ötən beş ildə qazandığı nailiyyətlər və gələcək planları ilə bağlı məktəbin direktoru Qrem Pollok “Qafqazinfo”ya danışıb.
Jurnalistləri məktəblə tanış edən direktor bildirib ki, burada şagirdləri keçmişə deyil gələcəyə hazırlayırlar, onlara öyrənməyi öyrədirlər: “Bu qısa müddət ərzində bir çox uğurlara imza atan Avropa Azərbaycan Məktəbinin ötən dövrdə qazandığı uğurlardan çox görəcəyimiz işlərdən danışmaq istərdik. Ancaq bəzi məqamları nəzərinizə çatdırmalıyam. Ötən il bizim ilk məzunlarımızın sayı 9 oldu. Onların 9-u da yüksək nəticə ilə ali məktəblərə qəbul olundular. Bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən keçirilmiş olimpiadada isə şagirdlərimiz 3 qızıl və 1 gümüş medal qazandılar. Bizdə təhsil beynəlxalq kurrikulum əsasında aparılır. Bu cox böyük nəticədir. Məktəb artıq Beynəlxalq Bakalavriat Proqramı ilə işləyir. Ən vacib məqam isə odur ki, şagirdlərə təkcə təhsil yox, həyat da öyrədilir”.
Q. Pollok onu da əlavə edib ki, ingilis və Azərbaycan dillərində həyata keçirilən təhsil ödənişli olsa da, bu, əsas şərt deyil: “Çünki məktəbdə gələcəyin böyük şəxsiyyətləri, liderləri, menecerləri, alimləri, biznesmenləri yetişdirilir. Fərqlənən şagirdlərə təqaüdlər verilir. Ən yüksək nəticələr qazananlar isə təhsil haqqından da azad oluna bilirlər.”.
Məktəblə tanışlıq zamanı məlum oldu ki, burada şagirdlərə fərdi yaradıcılıq xüsusiyyətlərini nümayiş etdirməyə də imkan yaradılıb. Buna sübut o idi ki, məktəbin foyesi yaradıcı uşaqların əl işləri ilə bəzənmişdi.
Qısası, Avropa Azərbaycan Məktəbi hər bir şagird üçün innovasiya, yaradıcılıq, qlobal perspektivlər və tənqidi təfəkkürün inkişafına şərait yaradan təhlükəsiz və dəstəkləyici mühitdə hərtərəfli və dinamik təhsil imkanları təmin edir. Bu, şagirdlərə qlobal səviyyədə nailiyyətlər əldə etmək və öz cəmiyyətinə dolğun və əhəmiyyətli töhfə vermək səlahiyyətinə malik dərin düşüncəli dünya vətəndaşları kimi yetişmək imkanı verir.
Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis edilmiş Avropa Azərbaycan Məktəbi 2011-ci ildə dövlət qeydiyyatından keçib və
Azərbaycan Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir. Məktəb rəsmi təsdiqini gözlədiyi Beynəlxalq Bakalavriat Təşkilatının (IB) İbtidai Təhsil Pilləsi üzrə Proqramı (PYP) və IB Diplom Proqramı kimi xüsusi beynəlxalq proqramları təklif etdiyinə görə dövlət məktəblərindən fərqlənir. Məktəbdə I-XI siniflərlə yanaşı, Erkən Təlim Proqramı da (4 və 5 yaşlı uşaqlar üçün) həyata keçirilir.
Məktəbin əksər şagirdləri Azərbaycan vətəndaşlarıdır, bununla belə, burada digər ölkə vətəndaşları da təhsil ala bilirlər. Məktəbin əksər müəllimləri yüksək ixtisaslı azərbaycanlı müəllimlərdir. Onlarla yanaşı təcrübəli əcnəbi müəllimlər də şagirdlərin ingilis dili və digər fənləriin öyrənməsinə dəstək vermək məqsədilə məktəbdə çalışırlar.
Məktəbdə təlim iki dildə - Azərbaycan və ingilis dillərində aparılır, rus dili də tədris olunur. Avropa Azərbaycan Məktəbi bütün şagirdlərə kurikuluma daxil olan fənlərdən başqa incəsənət, dizayn, musiqi, şahmat və üzgüçülük kimi sahələrdə də öz istedadlarını inkişaf etdirmək imkanı yaradır. Şagirdlərin əksəriyyəti basketbol, futbol və voleybol, həmçinin rəqs, şahmat, debatlar, şagird qəzeti, BMT modeli, musiqi və keramika kimi klublrının da üzvləridir. Bütün bu sadaladıqlarımızla hazırladığımız video və foto xülasədə tanış ola bilərsiniz.
Tehsil-press.az