Tehsil-press.az-ın Ədəbiyyat qrupu tarixin ibrət dolu səhifələindən gözəl bir rəvayəti oxucularına təqdim edir:
Nəql olunur ki, Bəni-israil qövmündə olduqca gözəl camalı olan zinakar bir qadın var imiş. Onun gözəlliyini görən hər kəs günaha düçar olarmış. Zina ilə məşğul olan bu gözəl qadın evinin qapısını daim açıq qoyar, özü də küçədən görünən bir yerdə oturub cavanları tora salarmış. Onun yanına gələn hər kəs öz istəyinə çatmaq üçün 10 dinar verərmiş.
Bir gün yoldan ötən cavan bir abdidin gözü həmin gözəl simalı zinakar qadına sataşır. Qadının füsunkar gözəlliyi bir anda abdin fikrini Allahdan yayındırır. Cavan abid qadının zinakar olduğunu öyrəndikdən sonra yanındakı parçanı satıb, 10 dinar pul ilə onun evinə daxil olur. Zinakar qadın cavan abidin nə məqsədlə gəldiyini anlayıb, ona yaxınlaşır. Lakin bu zaman qəfil, abid özünə gəlir və nə etdiyi barədə düşünüb ah çəkir. Öz-özünə deyir ki, vay olsun mənə. Allahım məni gördüyü halda mən necə bu əməli edəcəm?! Bu günaha düçar olsam indiyədək etdiyim bütün xeyir əməllərim hədər olacaq. Bütün bu fikirlərdən cavan abidin rəngi dəyişdi. Qadın ondan soruşdu: Nə oldu sənə? Cavan dedi: Allahdan qorxuram. Qadın dedi: Vay olsun sənə. İnsanlar bura gəlib çıxmağı arzulayırlar sən isə mənim yanımda ola-ola heç nə etməmiş getmək istəyirsən?! Ağılı nəfsinə qalib gəlmiş cavan abid qadına dedi ki, bu 10 dinar sənin olsun məni burax gedim, Allahım görə-görə belə bir günah edə bilmərəm.
Cavan bu sözləri deyib evdən xaric olub ağlaya-ağlaya getdi.
İllərlə pis yolda olan qadın fkirə daldı: Necə olur ki, o bir günaha görə Allahın əzabından bu qədər qorxdu, lakin mən illərdir zina edirəm və Allahın heç bir əzabından qorxmuram. Yoxsa bir gün mən də günahlarımın cəzasını çəkib, bütün etdiklərimə peşiman olacam?! Bütün bu fikirlər içində qalan qadın elə həmin gün tövbə etdi və tutduğu çirkin yoldan geri döndü.
Nəql olunur ki, Bəni-israil qövmündə olan bu gözəl qadın sonralar öz əhalisi arasında iffətli və imanlı bir qadın kimi tanınındı.
Bəli əzizlər, uca Allah Quranda buyurur ki, “Allah bütün günahları bağışlayır.”
Belə olan halda heç bir kəsin, hətta illərlə pis yolda olan zinakar qadının da bir gün doğru yola dönəcəyinə naümid olmaq və tövbə etmiş insanları keçmiş əməllərinə görə qınamaq olmaz.
Tehsil-press.az