Qabaqcıl təcrübəyə necə nail olmaq mümkündür?
Qabaqcıl təcrübə bütün zamanlarda müzakirə edilmiş, dövrün, elmin və texnikanın inkişafına uyğul olaraq qabaqcıllıq tələbləri irəli sürülmüşdür. 20-ci əsrdə Azərbaycanda akademik Mehdi Mehdizadə, professorlardan Bəşir Əhmədov, Yəhya Kərimov, bu sətirlərin müəllifi və digər pedaqoqlar qabaqcıl təcrübənin mahiyyəti , məzmunu, öyrənilməsi və yayılması haqqında fikirlər söyləmişlər. Qabaqcıllıq və qabaqcıl təcrübə haqqında hər bir alimin, metodistin ümumi prinsiplərdən meydana çıxan özünəməxsus baxışları ola bilər.
21-cı əsr Azərbaycan üçün yalnız elmin, texnikanın inkişafı baxımından deyil, ictimai-siyasi quruluşun, iqtisadi münasibətlərin dəyişməsi və yeniləşməsi baxımından da diqqəti çəkir. Hazırda ənənəvi təlim və tərbiyə metodlarına öyrənənlərin müstəqilliyini, məntiqi düşüncəsini, axtarıcılığını və təşəbbüskarığını inkişaf etdirən metodlar da daxildir. Bu gün innovasiyalar olmadan, İKT-dən istifadə etmədən, inteqrasiya qurmadan təlimin səmərəliliyinə nail olmaq mümkün deyil. Ona görə də hazırda qabaqcıl təcrübə yönümlü mövzulardan bəhs edərkən ənənə və müasirlik, varislik nəzərə alınmalı, problem, inkişafda tədqiq olunmalıdır. Məqsədim problemin geniş şərhini vermək deyil, təcrübə və qabaqcıl təcrübə anlayışlarının izahını şərh etməklə qabacıllığa necə nail olmağın yollarını göstərməkdir.
Məsələnin şərhinə anlayışların izahından başlayaq.
Təcrübə: hər hansı fəaliyyət sahəsində, o cümlədən, pedaqoji sahədə nəzəri biliklərin tətbiqi ilə qazanılan praktik bacarıq və vərdişlərin məcmusudur.
Qabaqcıl təcrübə: qazanılmış praktik bacarıq və vərdişlərin yaradıcılıqla inkişaf etdirilməsi, nailiyyətlər, səmərəli nəticələr əldə edilməsidir.
Müəllim: müvafiq ixtisas qazanaraq təlim-tərbiyə, təhsil vermə, tədris fəaliyyəti göstərən şəxsdir.
Qabaqcıl müəllim: qabaqcıl təcrübəni öyrənən, yayan və fəaliyyətini şəxsi yaradıcılığı, yenilikləri ilə zənginləşdirən şəxsdir.
Professor Yəhya Kərimov yazır: “Qabaqcıl pedaqoji təcrübə o vaxt qəbul edilər ki, o inkişafın mütərəqqi cəhətlərini həyata keçirsin, yaxud elmi nailiyyətlərə istinad etsin, metodlarda və şagirdlərə təsir vasitələrində əvvəllər digər müəllimlərin təcrübəsində olmayan yeniliklər yaratsın. Qabaqcıl pedaqoji təcrübə yüksək nəticə verməklə yanaşı, həm də davamlı olmalıdır. “Nəyin bahasına olursa-olsun” fikri ilə alınan nəticəni qabaqcıl hesab etmək olmaz. Pedaqoji təcrübənin elmi təşkili tələb edir ki, indiki şəraitdə ən yaxşı nəticə çox vaxt itirmək, müəllimi və şagirdləri iki qat yükləmək hesabına olmasın, optimallıq təmin edilsin”
Çox təəssüf ki, hazırkı məktəbdə əldə edilən nəticələr qabaqcıllığı səciyyələndirmir. Ali məktəbə şagird qəbulunun çoxluğu qabaqcıllıq demək deyil. Şagirdin ali məktəbə qəbulu üçün dərs cədvəlindəki dərslərin bəzilərinin keçirilmədiyi, yaxud dərsdən sonra təşkil edilən repititorlarla məşğul olan məktəblərdə alınan nəticələr qabaqcıllıq nümunəsi sayıla bilməz.
Qabaqcıllığı təmin edən şərtlər:
Müəllimin -
- geniş dünyagörüşünə malik olması, peşəsinin fəlsəfəsini aydın dərk etməsi, məqsəd aydınlığı və yaradıcılıq qabiliyyəti;
- ixtisası üzrə mükəmməl elmi-nəzəri hazırlığa malik olması;
- metodik ustalığı, yaradıcı təfəkkür və təxəyyül daşıyıcısı olması;
- peşəsini və təlim-tərbiyəsi ilə məşğul olduğu uşaqları sevməsi;
- öz üzərində ardıcıl işləməsi, yenilikləri tətbiq etmə qabiliyyəti;
- müasirlik düşüncəsinə malik olması;
- mütərəqqi tarixi təcrübəyə bələd olması və ənənədən faydalanması;
- yeni təlim metod və texnologiyalarından yaradıcılıqla istifadə edə bilməsi və təlim resurslarını hazırlaya bilmək qabiliyyəti;
- səmərəli nəticələri ilə diqqət çəkməsi;
- yenilikçi metodikasını şərh, izah və təbliğ etmək bacarığı;
- praktik fəaliyyətini yalnız təcrübi nəticələrdə deyil, elmi-nəzəri bilgi və ideyalarla zənginləşdirməsi;
- humanist, demokratik, şəffaf və prinsipial (qətiyyətli) mövqedə olması;
- yüksək ictimai nüfuz qazanması və s.
Qabaqcıllığın formaları:
1. Ümumi-kütləvi qabaqcıllıq - yəni irəlidə qeyd edilən şərtlərin yerinə yetirilməsi;
2. Xüsusi qabaqcıllıq - yəni konkret ideya müəllifi olmaq və bu ideyanın tətbiqindən səmərəli nəticələr almaq.
Xüsusi qabaqcıllığa nümunələr hər zaman olmuşdur. Bu gün aktual hesab etdiyimiz bir çox fikir və ideyalar, hətta təlim metodlarının xeyli qismi hələ orta əsrlərdə Şərq, o cümlədən, Azərbaycan təhsilində bərqərar olmuşdur. Əhməd Harun oğlu Bərdəi (IX-X əsr), Məkki Əhməd oğlu Bərdəi (X əsr), Cəfər Məhəmməd oğlu Marağalı (X əsr), Əbdüləziz Həsən oğlu Bərdəi (IX-X əsr), Musa İmran oğlu Səlmasi (X əsr), Əbülhəsən Bəhmənyar (XI əsr), Eynəlqüzat Miyanəçi (XII əsr), Şihabəddin Sührəvərdi (XII əsr), Siracəddin Ürməvi (XIII əsr), Nəsirəddin Tusi (XIII əsr), Marağalı Əvhədi (XIV əsr), Yusif Qarabaği (XVI-XVII əsr), Saib Təbrizi (XVII əsr) və onlarla digərləri alimliklə yanaşı müəllimlik etmiş, yenilikçi ideyalar irəli sürmüşlər.
Onların təlimlərinə görə, müəllimin borcu müxtəlif öyrətmə formalarından və metodlarından istifadə etməklə insanın ağlını, idrakını fəallaşdırmaq, onu məzmunlu, faydalı ünsiyyətə hazırlamaq qabiliyyətini fəaliyyət üçün formalaşdırmaqdır. Təbii ki, bu prosesdə tərbiyəvi təsir göstərilən insanın irsi-genetik imkanları və sosial mühitinin necəliyi nəzərə alınmışdır. Elə təlim və tərbiyə metodları tətbiq edilmişdir ki, nəticədə böyüyən insan özünüdərk və özünütəkmilləşdirmə səviyyəsinə çata bilsin.
Şihabəddin Sührəvərdi beş duyğu üzvünü - toxunma, dad bilmə, iy bilmə, eşitmə və görməni dərketmənin vasitəsi hesab etmiş, lakin yalnız hissi idraka deyil, həm də əqli, məntiqi idraka əsaslanmışdır.
Sührəvərdidən beş əsr sonra Çexiyada Y.A.Komenski bunu öz sistemində “qızıl qayda” adlandırmışdır.
Eynəlqüzzat Miyanəçi təcrübəsində uşaqların müstəqil mütaliəsinə və özünütəhsilinə geniş yer vermişdir.
Nəsirəddin Tusinin tətbiq edilən ideyaları bu gün də xüsusi aktuallıq kəsb edir.
XX əsr Azərbaycan təhsilində yenilikçi ideyaları hesabına qabaqcıl iş təcrübəsi ilə məşhur olanları yada salaq:
Bakıdakı 18 saylı məktəbin müəllimi Mustafa Salamov konkret biliklərə istinad texnologiyasını tətbiq edərək, şagirdlərinin kimya üzrə biliklərini praktik səmərəlilik səviyyəsinə qaldırdı, zəngin kimya laboratoriyası yaratdı. Bu laboratoriya hər bir Salamovçu şagirdin müstəqil çalışma yeri idi. Salamov qazanılmış nəzəri və təcrübi biliklərdən yaradıcı istifadə edərək, hər bir şagirdin layihələndirmələrlə işləməsinə nail olmuşdu. O, həm differensial, həm də qruplarla təlimdən məharətlə istifadə edirdi.
XX əsrin 70-80-ci illərində Tovuz rayonunda müəllimlik edən Məhər Quliyev də kimyanın tədrisində qazanılan biliklərin tamlığı və mükəmməlliyi texnologiyasını tətbiq edirdi. O, kimyanın tədrisində anlayışların etimologiyasını öyrədir, müasir işlənmə səviyyəsini aşkarlayır və bütün kimya istilahlarını Azərbaycan və rus dillərində işlədirdi. Nəticədə onun şagirdləri kimyaya aid müxtəlif dilli ədəbiyyatdan yararlana bilirdilər. Bundan əlavə, M.Quliyev bütün mövzuları tətbiqi-laborator şəraitdə keçirdi. Şagirdləri onun yaxın köməkçiləri idilər.
O zaman Zərbəli Səmədov, Heybət Şikarov, Zahid Şöyübov, Sona Tağıyeva və digər qabaqcıl təcrübə ulduzlarının hər birinin pedaqoji texnologiyalardan yaradıcı istifadə səriştəsi vardı. Onlar, şagirdlərdən tədqiqatçılar, ixtiraçılar, yazarlar, ictimai fəallar qrupları formalaşdırmışdılar.
Onların məktəblərində kiçik Tretyakov qalereyası, kiçik akademiya, şagird filarmoniyası, idman akademiyası, hətta Zahid Şöyübovun işlədiyi Yevlax rayonundakı Xaldan məktəbində kiçik televiziya mərkəzi fəaliyyət göstərirdi. Dərslərdəki əyanilik telemərkəzdən siniflərə ötürülürdü.
Hazırda müəllimin İKT-dən, ağıllı lövhələrdən və digər texniki-texnoloji vasitələrdən istifadə bacarığı mühüm tələblərdəndir. Bu, qabaqcıllıq deyil. Qabaqcıllıq həmin imkanlardan istifadədə yeniliklər etməkdir. Bu yeniliklər ilk növbədə təlim keyfiyyətinin yüksəlməsinə, optimallığa, şagird şəxsiyyətinin inkişafına yardım etməkdir.
Bəzi mülahizələrdə xarici dillərdən hansınısa bilmək, kompüterdən lazımınca istifadə etmək qabaqcıl təcrübə keyfiyyəti kimi götürülür. Əslində isə belə deyil. Bunlar ən yaxşı halda bacarıqlardır. Qabaqcıllıq pedaqoji, psixoloji, sosioloji, didaktik tələbləri, müəllim-şagird əməkdaşlığını yüksək mədəniyyətlə yerinə yetirib, öyrənənləri öyrətməyə alışdırmaq, onlarda mahiyyətə varmaq keyfiyyətləri, müstəqillik vərdişləri, praktik bacarıqlar formalaşdırmaq, onları özünüdərk, özümüinkişaf etdirmə səviyyəsinə çatdırmaqdır.
Professor Yəhya Kərimov düzgün olaraq qeyd edir ki, qabaqcıl təcrübəni hərəkətverici qüvvəyə çevirmək üçün onu düzgün ümumiləşdirmək, ondan çıxan ümumi taktları nəzəriyyəyə keçirmək lazımdır: Əgər bu mümkün olmasa, deməli, ya taktlar düz deyil, ya da pedaqoji ideya köhnəlib.
Hazırda xarici təcrübənin öyrənilməsi və tətbiqinə geniş yer verilir. Unutmaq olmaz ki, xarici təcrübəni olduğu kimi tətbiq etmək, xeyirdən çox ziyan verə bilər. Ona görə də xarici qabaqcıl təcrübənin uyarlığı, özününküləşdirmə imkanları nəzərə alınmalıdır. Xarici təcrübə hesabına mövcud milli təcrübəni nəzərə almamaq, xarici təcrübəni zorən təhsilə gətirmək ziyanlıdır.
Təhsil Şurasının yaradıcı müəllimlərin iş təcrübəsini öyrənmə layihəsinin nəticələrinə görə deyə bilərik ki, respublikamızda xeyli qabaqcıllıq missiyası qazanmış müəllim vardır. Bunlar ənənəvi pedaqoji tələb və prinsiplər zəminində yeniliklərdən məharətlə istifadə edən, dərslərini uşaqlar üçün tədqiqat laboratoriyasına çevirən insanlardır.
Bu barədə Şuranın nəşr etdiyi “Yaradıcılıq axtarışları” kitabından və “Təhsil və zaman” qəzetinin səhifələrindən məlumat almaq olar.
Təəssüf ki, belələrinin sayı azdır. Təəssüf ki, metodiki mərkəzlərdə, tədqiqat institutlarında, rəhbərlik orqanlarında çalışanların bir çoxu ənənə və müasirliyin vəhdətini nəzərə almırlar. Onlar müəllimlərə mükəmməl pedaqoji məsləhət vermir, yaxud onların təcrübəsini layiqincə qiymətləndirə bilmirlər.
Qəribədir ki, bəzi şəxslər hüquqi səlahiyyətləri olmadan İKT təlimi keçirlər və sertifikat verirlər. Bu cür işlər özfəaliyyət xarakterlidir. Onların sertifikat imzalamaq hüquqları yoxdur. Sertifikatı o şəxs imzalaya bilər ki, qurum və ya təşkilat rəhbəridir. İmzası Ədliyyə Nazirliyində təsdiqlənib. Keçilən təlimlər ancaq və ancaq İKT-dən istifadə bacarıqlarının artırılmasına kömək edir. Pedaqoji prosesin onlarla əlamət və keyfiyyəti unudulur.
Qabaqcıl təcrübənin formalaşması üçün bir sıra tələblər yerinə yetirilməlidir:
1. Hər bir müəllim bunun üçün davamlı, ardıcıl çalışmalıdır.
2. Məktəbdə tədris-təlim, tərbiyəvi işlər yüksək tələbkarlıqla, qanuni əsaslarla həyata keçirilməlidir.
3. Məktəbin tədris avadanlıqları, laboratoriyalar işlək səviyyədə olmalıdır.
4. Təhsili idarəedənlər, məktəb rəhbərliyi müəllimin yaradıcılıq imkanlarını artırmaq üçün onların müvafiq ədəbiyyatla, avadanlıqla təmin edilməsinə, təcrübə, mübadilə aparmalarına, kurslarda, təlimlərdə iştirakına şərait yaratmalıdırlar.
Bəzi rayonların Təhsil Şöbə rəhbərləri məktəb kitabxanalarının zənginləşdirilməsinə, şagirdlərin və müəllimlərin ondan səmərəli istifadəsinə diqqət yetirmirlər. Hətta dövrü pedaqoji mətbuatın abunə yolu ilə əldə edilməsinə belə çalışmırlar. Düşünürəm ki, qabaqcıllığın yolu mütaliədən, yenilikləri gündəlik öyrənmədən, elmə və metidikaya hər gün yiyələnmədən başlanır.
Təhsil Şurası olaraq qabaqcıl müəllimlərin Ümumrespublika Forumunun ilk təşəbbüskarı kimi, ölkəmizdə gedən inkişafı, yaranan yenilikləri təbliğ etmək və yaradıcılıq ənənəsini hərəkata çevirmək məqsədi daşıyırıq.
Məlum olduğu kimi, Şuranın Gürcüstanda və Ukraynada keçirdiyi təcrübi yaradıcılıq əməkdaşlığı həm ölkəmizin pedaqoji ictimaiyyətinin tanıdılmasına, həm də təcrübə mübadiləsinə imkan vermişdir. Gələcəkdə Ukraynalı həmkarlarımızı qəbul eməyi, daha sonra Polşada, mümkün olarsa Cənubi Azərbaycanda təcrübə mübadiləsi keçirməklə, məktəblərin əməkdaşlığını genişləndirməklə qabaqcıl beynəlxalq təcrübənin yayılmasına nail olmağı nəzərdə tuturuq. Qabaqcıl təcrübənin elmi-pedaqoji əsasları haqqında geniş danışmaq olar. Mən müəyyən məqamlara toxundum. Yəni problemin qoyuluşunu şərh etdim. Yekun olaraq qeyd etmək istərdim ki, hər bir fəal müəllim əvvəlcə qabaqcıllığın elmi-nəzəri əsaslarını, pedaqoji, psixoloji, metodiki şərtlərini mükəmməl öyrənməli, tədris prosesində təlim və tərbiyə işinə bu əsasda metodiki ustalıqla yanaşmalı və onu həyata keçirməlidir. Qabaqcıllıq birdən birə yaranmır. O tədricən, təkamüllə meydana çıxır. Burada əsas şərtlərdən biri də müəllimin özünə inamıdır, bütün qüvvəsi ilə məqsədə çatmaq səyində olmasıdır.

Əjdər Ağayev,
Pedaqoji elmlər doktoru, professor,
Azərbaycan Təhsil Şurasının sədri
Pedaqoji elmlər doktoru, professor,
Azərbaycan Təhsil Şurasının sədri