İlk dəfə məktəbə gedən uşaq nələri bilməlidir?

İlk dəfə məktəbə gedən uşaq nələri bilməlidir? Ənənəyə görə sənədlərin qəbul prosesində gələcək birincilərə kiçik müsahibə aparılır. Müəllimlər görə müsahibənin aparılmasında yeganə məqsəd uşaqlara tanışlıq və gələcək şagirdlərin hazırlıq səviyyəsinə uyğun olaraq siniflərin komplektləşdirilməsidir.


Ümumi inkişaf

Hesab olunur ki, 6 yaşlı uşaqlar aşağıdakı bilik və vərdişlərə malik olmalıdır:
• öz adını, soyadını, valideynlərinin adını, onların harda işləmələrini, ev ünvanı və telefon nömrəsini bilməlidir;
• hansı ölkədə (şəhərdə) yaşadığını bilməli, ona tanış olan digər ölkə adlarını söyləməyi bacarmalıdır;
• ən geniş yayılmış bitki, heyvan, həşərat adlarını bilməli, heyvan, quş və balıqları bir-birindən fərqləndirməli, ev heyvanlarını vəhşi heyvanlardan seçməli, ağacları kollardan, meyvələri tərəvəz və giləmeyvələrdən seçməyi bacarmalıdır;
• vaxtdan baş çıxarmalı, günün saatlarını, ilin vaxtını, onların ardıcıllığını; ildə neçə ay, ayda neçə gün, gündə neçə saat olmasını, həftənin günlərini bilməlidir:
• təbiət və hava hadisələri barədə məlumata malik olmaldır;
• əsas rəngləri bilməlidir;
• “sağ-sol” anlayışınl bilməlidir;
• idmanın populyar növlərini, ən geniş yayılmış peşlərin adlarını, əsas yol hərəkəti qaydaları və yol nişanlarını bilməlidir;
• məşhur yazıçı və şairlərin adlarını söyləməyi bacarmalıdır;
• bayramları bilməlidir;
• nə ilə məşğul olmağı sevdiyini dilə gətirməlidir;
• ən əsası isə ”məktəbə niyə gedir” sualına cavab verməyi bacarmalıdır;

İntelektual inkişaf

Uşaqlar:
• sadə məntiqi tapşırıqları, tapmacaları həll etməyi bacarmalıdır;
• qrupda olan artıq əşyanı tapmalıdır;
• çatışmayan əşyanı qrupa əlavə etməlidir;
• bu və digər əşyanın bir-birindən necə fərqləndiyini və ya oxşar olduğunu söyməlidir;
• əşyaları əlamətlərinə görə qruplaşdırılmalı və onları adlandırmalıdır;
• hadisələrin ardıcıllığını bərpa etməyi (əvvəlcə nə baş verdi, sonra nə oldu); şəkilləri düzgün ardıcıllıqla düzməyi bacarmalıdır.

Eşitmə, görmə, diqqət, yaddaş, nitq

Uşaqlar:
• 2 oxşar şəkildə 10-15 fərqi tapmalı;
• sadə mənzərəni dəqiqliklə köçürməyi;
• yaddaşına görə şəkli təsvir etməli;
• 5-6 sözdən ibarət cümləni yadda saxmalı və onu təkrarlamalı;
• qrafiki imla yazmalı (“bir çərçivə yuxarıda”, “iki çərçivə solda”, ”iki çərçivə aşağıda”, ”iki çərçivə sağda”);
• şeiri əzbərdən söyləməli, nağıl danışmalı;
• eşitdiyi hekayəni danışmalı;
• şəklə görə hekayə tərtib etməlidir.

Riyaziyyatın əsasları

Birinci sinfə qəbul üçün uşaqların bunları bilməsi vacibdir:
• 1-dən 10-a qədər (və əksinə) saymağı bacarmalı, bəzi rəqəmlərin buraxıldığı sayı sırasını bərpa etməli;
• onluq hüdudunda hesablama əməliyyatları aparmalı, əşyaların sayını ”bir”, ”iki” dəfə artıb-azaltmağı bacarmalı;
• əşyaları uzunluğuna, eninə, hündürlüyünə görə fərqləndirməli;
• sadə hesab tapşırıqlarını həll etməli;
• əşyanı iki-üç-dörd bərabər hissəyə bölməyi bacarmalıdır.

Oxu

Uşaqlar:
• hərfləri səslərdən, saitləri samitlərdən seçməyi;
• lazım olan hərfi sözün əvvəlində, ortasında və sonunda tapmğı;
• verilmiş hərfə görə söz tapmağı;
• sözləri hecalara bölməyi;
• 4-5 sözdən ibarət cümləni oxumağı bacarmalı və oxunulan sözü başa düşməlidir.

Yazı vərdişləri


Məktəbdə dərsin uğurlu başlanması üçün vacibdir:
• qələm və karandaşı əldə düzgün tutmağı;
• düz, qırıq, dalğalı, sınıq xətləri düzgün çəkməyi;
• karandaşı vərəqdən ayırmdan şəklin konturları üzərində sona qədər hərəkət etdirməyi;
• nöqtə və çərçivəyə görə şəkil çəkməyi bacarmalı, simmetrik fiqurun çatışmayan hissəsinin rəsmini tamamlamağı;
• həndəsi fiqurun nümunəsini köçürməyi;
• rəsmin ştrixlənməsini davam etdirməyi;
• rəsmləri konturdan çıxmamaq şərtilə səliqəli şəkildə rəngləməyi bacarmalıdır;

Müsahibə necə keçir?

Müsahibə, bir qayda olaraq, məktəbin tədris hissə müdiri, ibtidai məktəb müəllimləri, loqoped və psixoloqun iştirakı ilə keçir. Xarici dil təmayüllü məktəblərdə isə xarici dil müəllimi də müsahibədə iştirak edə bilər. Müsahibə valideynlərin iştirakı ilə 15-20 dəqiqə çəkir. Müsahibə gedişində yuxarıdakı məcburi biliklər siyahısından olan suallardan biri hökmən “Sən niyə məktəbə gedirsən” olmalıdır. Məktəbə qəbul zamanı, ilk növbədə, uşağın ərazi, rayon əsas götürülür.
Öz uşaqlarının birinci sinfə hazırlıqlı olmasına (yazmaq, saymaq və əlbəttə ki, oxumaq) nail olmaq üçün bəzi valideynlər az qüvvə və vaxt sərf etmirlər. Lakin həyat göstərir ki, uşaqların məktəb həyatına uğurlu adaptasiya olunmaları üçün bunlar başlıca şərtlər deyil. Ən əsas meyar uşağın məktəbin ilk gündən qoyduğu tələbləri (dərsdə oturmaq, müəllimə qulaq asmaq, tapşırıqları həll etmək) qəbul etməyə, öz davranışlarına nəzarət edə və məktəbin qaydalarına tabe olmağa hazır olmasıdır. Bütün sonuncu sadalananlar uşaqların məktəbə hazırlığının əsas meyarlarıdır.

O. İSAOĞLU


Oxşar xəbərlər