Rektor birinci kurs tələbələriylə görüşüb

Rektor birinci kurs tələbələriylə görüşüb Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova mexanika və informasiya texnologiyaları fakültəsinə daxil olmuş birinci kurs tələbələriylə görüşüb.

Universitetin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, birinci kursa daxil olan tələbələrlə görüşlərin ənənə halını aldığını deyən rektor belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, bu görüşün keçririlməsində məqsəd universitetin daxili nizam-intizam qaydaları, tələbələrin vəzifələri, müəyyən tələblər barədə birinci kurs tələbələrini məlumatlandırmaqdan ibarətdir. Daha sonra G.Məmmədova universitet, tədris prosesi, professor-müəllim heyəti barədə tələbələrə məlumat verib, onları seçdikləri ali təhsil müəssisəsiylə ətraflı tanış edib. Rektor çıxışında AzMİU-nun beynəlxalq əlaqələrinə də toxunub, Erasmus, Mövlanə mübadilə proqramları, ikili diplomla bağlı tələbələri bilgiləndirib. Eyni zamanda o, tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, ali məktəbdə fəaliyyət göstərən tələbə həmkarlar, tələbə gənclər təşkilatlarıyla sıx və işgüzar əlaqələr qurmagı tövsiyə edib. Çıxışının sonunda rektor tələbələri təbrik edib, onlara dərslərində uğurlar arzulayıb.
Tələbə adını qazanan tələbələri təbrik edən AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov birinci kursa daxil olan gənclərə nizam-intizamlı olmağa, dərslərə ciddi yanaşmağa, müəllimlərlə səmimi ünsiyyət qurmağa çağırıb.
Tədbirin sonunda rektor tələbələri maraqlandıran suallara cavab verib.


Rektor birinci kurs tələbələriylə görüşüb

Tehsil-press.az

Oxşar xəbərlər