III Dünya Müharibəsinə hazırlıq... - Vaşinqtonda məxfi planın müzakirəsi

III Dünya Müharibəsinə hazırlıq... - Vaşinqtonda məxfi planın müzakirəsi Rusiya və Çinə qarşı müharibə dəhşətli olacaq və çoxlu qurbanlarla nəticələnəcək.

Tehsil-press.az “The İndipendent” nəşrinə istinadən xəbər verir ki, bu fikirlər amerikalı generallar tərəfindən ABŞ Ordusu Assosasiyasının Vaşinqtonda keçirilən illik konfransında səslənib.
ABŞ ordusunun qərargah rəisi Mark Miller bildirib ki, gələcəkdə genişmiqyaslı müharibə praktiki olaraq qaçılmazdır.
General-mayor Uilyam Xiks isə qeyd edib ki, adi silahlanmalar yaxın gələcəkdə nəhəng qurbanlara gətirib çıxaracaq: “Biz bunun qarşısını dayandıra bilməyəcəyik”.
Onun sözlərinə görə, kütləvi avtomatlaşdırma və süni intellektin inkişafı döyüş hərəkətlərini artırır.
“Çin və Rusiyanın hərbi sahədəki uğurları və yeni texnologiyalar yaratması Ağ Evi genişmiqyaslı müharibəyə hazırlaşmağa məcbur etdi”.
ABŞ ordusunun qərargah rəisinin müavini Cozef Anderson onun fikirləri ilə razılaşıb. Bildirib ki, Rusiya və Çinin sürətli inkişafı ABŞ-ın hökmranlığını itirməsinə gətirib çıxara bilər.

Tehsil-press.az

Oxşar xəbərlər