Bakının Nizami rayonu ərazisində tələbənin intiharı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Tehsil-press.az-a Bakı Şəhər Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
* * *13:55
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zeynab Kazımova “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlunun özünü tələbə yataqxanasının 11-ci mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı açıqlama verib.
Z.Kazımova bildirib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
“İstintaq getdiyindən hadisənin səbəbləri barədə məlumat verilmir. Məlumata görə, o, son vaxtlar özünə qapanıb, son bir ayda dərslərdə iştirak etmyib, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıb” – deyə, Z. Kazımova qeyd edib.
BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verir.
* * *13:15
Dünən axşam saatlarında SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi gənc mütəxəssislər yataqxanasında özünü 11-ci mərtəbədən ataraq intihar edən 4-cü kurs tələbəsi Hüseyn Abbasovla bağlı bəzi məqamlar aydınlaşıb.
Tələbə yoldaşlarının tehsil-press.az-a verdiyi məlumata görə, H.Abbasovun doğrudan da kəsirləri olub. Lakin bu kəsirlər onun yaxşı oxumaması səbəbindən deyil, imtahanlarda ümumiyyətlə iştirak etməməsindən yaranıb.
Tələbə yoldaşları bildiriblər ki, bir müddət imiş H.Abbasovun ailəsində problemlər yaranıbmış və bu problemlər onun təhsilinə də mənfi təsir göstərib. Lakin onlar problemin konkret nədən ibarət olmasını dəqiq bilmədiklərini deyiblər. Mərhumun tələbə dostları həmçinin əlavə ediblər ki, 22 yaşlı Hüseyn hadisədən az əvvəl bərbərə gedib saçlarını kəsdirib.
Hüseyn Abbasovun dünən intiharından bir neçə saat əvvələ qədər internetdən istifadə etdiyi də məlum olub. Hüseyn son olaraq zarafatla “Merhabalar, ben Hüseyn, 20 yaşındayım, Azerbaycanda yaşıyorum, heç evlənmədim, 18-20 yaş arası taliplerimi bəkliyorum, təşəkkürlər” statusunu yazıb.
Hadisənin baş vermə səbəbinə gəlincə, dünən saat 18 radələrində 11-ci mərtəbədə yaşadığı yataqxana otağının eyvanına çıxan H.Abbasov məhəccərə çıxaraq özünü aşağı atıb. O, həyətdəki gül dibçəyinin üstünə düşüb. Hadisə yerinin bir neçə metrliyində mühafizəçi olsa da, o, Hüseynə kömək edə bilməyib.
* * *11:10
Bakıda dəhşətli intihar hadisəsinin bəzi təfərrüatları məlum olur.
Tehsil-press.az-ın məlumatına görə, tələbənin atası Maarif Abbasov bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. O, istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: "Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".
Qeyd edək ki, H.Abbasov ali məktəbə qəbul olarkən 670 bal toplayıbmış.
* * *11:02
Paytaxtda intihar hadisəsi baş verib.
Nizami Rayon Prokurorluğundan tehsil-press.az-a verilən məlumata görə, hadisə ötən gecə rayonun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb.
Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Tehsil-press.az