Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən beynəlxalq konfransda aqrar elmin inkişaf yolları müzakirə olunub

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən beynəlxalq konfransda aqrar elmin inkişaf yolları müzakirə olunub Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar elmin inkişafı, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsində beynəlxalq əməkdaşlıq” mövzusunda VIII beynəlxalq elmi-praktik konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycanla yanaşı, Almaniya, Çexiya, Polşa, Rumıniya, Yunanıstan, Bolqarıstan, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Banqladeş və Taylanddan olan alimlər, Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadze, Rumıniya Kənd Təsərrüfatı Nazirliyinin müşavirləri Georqata Musat və Basarabesqu Liliana, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bakı ofisinin rəhbəri Mələk Çakmak, AMEA-nın aqrar məsələlər üzrə müşaviri Qərib Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, həmçinin bir sıra rəsmilər, respublikanın aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrinin təmsilçiləri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Dövlət Himninin səsləndirilməsi ilə konfrans açıq elan edilib. Tədbir iştirakçıları Aqrar Universitetin keçdiyi inkişaf yolundan bəhs edən videoçarxı izləyiblər.
Konfransı açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tədbir iştirakçılarını salamlayıb və dünyanın aqrar elm sahəsində aparıcı universitetlərinin nüfuzlu alimlərini, mütəxəssislərini Gəncə şəhərində görməkdən məmnunluğunu ifadə edib. Bildirilib ki, konfransın keçirilməsində məqsəd aqrar elmin inkişafı, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində respublikanın və dünyanın aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrinin tədqiqatçılarını bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri bölüşmək, ortaq problemləri müzakirə etmək və onların həlli üçün tövsiyələr verməkdir.
Konfransda çıxış edən Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, konfrans istər ölkə, istərsə də dünya üçün aktual mövzuya həsr olunub. Nazir müavini əminliyini bildirib ki, konfransda səsləndiriləcək fikirlər, verilən tövsiyə və təkliflər həm dünyada aqrar sahədə gedən proseslərə öz töhfəsini verəcək, həm də ölkədə aparılan aqrar siyasətin formalaşmasında, elmi təminatın yaranmasında böyük rol oynayacaq.
Azərbaycan dövlətinin son illərdə aqrar sahənin inkişafı üçün gördüyü təsirli tədbirlərdən danışan Seyfəddin Talıbov konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində ölkənin zəruri ərzaq məhsulları ilə təminatında və ümumilikdə, ərzaq təhlükəsizliyinin həlli istiqamətində ciddi irəliləyişə nail olunub. Gələcək hədəflərdən də danışan nazir müavini ölkə üçün ənənəvi sahələr hesab olunan baramaçılığın, pambıqçılığın, tütünçülüyün və digər gəlirli sahələrin inkişafının əsas olduğunu deyib.
Sonra konfransda dünyanın bir sıra nüfuzlu universitetlərinin alimləri, aqrar mütəxəssislər çıxış ediblər.
Konfransda ABŞ-ın İllinoys Universitetinin professoru Məhəmməd Babadost ilə canlı videobağlantı yaradılıb. M.Babadost qeyd edib ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə iki nəfər, həmçinin ADAU-nun Bitkiçilik kafedrasının doktorantı hazırda onun rəhbərliyi ilə elmi-praktik təcrübə keçirlər. O, bu istiqamətdə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Sonda universitetlərarası əlaqələrin inkişafında xidmətlərinə görə Qazaxıstan Milli Aqrar Universitetinin rektoru, akademik Tlektes İsabaeviç Espolova və Rusiyanın Timiryazev adına Dövlət Aqrar Universitetinin professoru Fevzi Səid-Umeroviç Cəlilova ADAU-nun fəxri doktoru diplomları təqdim olunub.
Qeyd edək ki, 4 bölmədə keçirilən konfrans öz işini bölmə iclaslarında davam etdirib və ümumilikdə, 48 alimin məruzələri dinlənilib. 
Konfrans müddətində xarici ölkələrin aparıcı alimləri universitetin tələbələri üçün mühazirələr söyləyiblər.

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən beynəlxalq konfransda aqrar elmin inkişaf yolları müzakirə olunubAzərbaycan Dövlət Aqrar Universitetində keçirilən beynəlxalq konfransda aqrar elmin inkişaf yolları müzakirə olunubAzərbaycan Dövlət Aqrar Universitetində keçirilən beynəlxalq konfransda aqrar elmin inkişaf yolları müzakirə olunubAzərbaycan Dövlət Aqrar Universitetində keçirilən beynəlxalq konfransda aqrar elmin inkişaf yolları müzakirə olunub

Tehsil-press.az

Oxşar xəbərlər