Obama Suriya ilə bağlı müşavirə çağırdı

Obama Suriya ilə bağlı müşavirə çağırdı ABŞ prezidenti Barak Obama Suriyadakı münaqişənin nizamlanmasına dair addımların mümkün variantlarını müzakirə etmək üçün oktyabrın 14-də xarici siyasət üzrə müşavirləri ilə iclas keçirəcək.

Bu barədə “Reuters”ə amerikalı məmurlar bildiriblər. Mənbələrin məlumatına görə, variantlardan biri ABŞ Hərbi-Hava Qüvvələrinin Suriya ordusunun bazaları, silah-sursat anbarları və radiolokasiya stansiyalarına zərbələrin endirilməsini nəzərdə tutur. Bununla belə, mənbələr Obamanın bu planı dəstəkləyəcəyinə şübhə ilə yanaşırlar.
Agentliyin məlumatına görə, Ağ Ev bu məlumatı şərh etməkdən imtina edib. Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri oktyabrın 15-də Lozannada Hələbdəki vəziyyəti müzakirə edəcəklər.


Tehsil-press.az

Oxşar xəbərlər