“Hədəf” kurslarının yeni tədris binası istifadəyə verilib

“Hədəf” kurslarının yeni tədris binası istifadəyə verilib Bakıda 9 ildir fəaliyyət göstərən “Hədəf” kurslarının Azadlıq filialının kollektivi yeni binasının açılışını və filialın 5 illik fəaliyyətini qeyd edib.
Tehsil-press.az xəbər verir ki, kursun baş direktoru, dosent Şəmil Sadiq kursun təhsilimizə verdiyi töhfələrdən söz açıb. O, uğurların əldə olunmasında müəllim və şagirdlərin böyük əməyi olduğunu vurğulayıb.
Tədbirdə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. 2015-2016-cı tədris ilində göstərdiyi uğurlu fəaliyyətə görə “İlin filialı” nominasiyası üzrə mükafat Xırdalan filialının kollektivinə təqdim olunub. Qəbul imtahanında “Ən yüksək nəticə” göstərən dörd şagirdə 500 manat pul mükafatı təqdim olunub.
Sonra 2015-2016-cı tədris ilində qəbul imtahanı zamanı hər hansı fəndən bütün sualları doğru cavablandıran şagirdlərin müəllimləri mükafatlandırılıb.

“Hədəf” kurslarının yeni tədris binası istifadəyə verilib

“Hədəf” kurslarının yeni tədris binası istifadəyə verilib

Tehsil-press.az

Oxşar xəbərlər