Azərbaycan Texnologiya Univeristetinin (ATU) dörd müəllimi Türkiyə Respublikasının universitetlərində Mövlanə Mübadilə Proqramı çərçivəsində pedaqoji ezamiyyətdə olub.
ATU-nun Mexanika və texnoloji avadanlıqlar kafedrasının dosenti Nigar Əmiraslanova, Qida məhsulları və istehlak mallarının texnologiyası kafedrasının dosent əvəzi Nazilə İsgəndərova və Ekologiya mühəndisliyi kafedrasının assistenti Fəridə Verdiyeva Zonquldak şəhərində yerləşən Bülent Ecevit Universitetində, Sənayenin iqtisadiyyatı və idarə edilməsi kafedrasının baş müəllimi Mobil Məsimov isə Samsun şəhərindəki On Doqquz Mayıs Universitetində bir aylıq mübadilə proqramında iştirak edib.
ATU-nun Mexanika və texnoloji avadanlıqlar kafedrasının dosenti Nigar Əmiraslanova 2012-ci ildə yaradılan, hazırda 35000 tələbəsi olan Bülent Ecevit Universitetində Maşın mühəndisliyi bölümündə tələbələrə mühazirə və seminar dərsləri keçib. Qida məhsulları və istehlak mallarının texnologiyası kafedrasının dosent əvəzi Nazilə İsgəndərova isə həmin ali təhsil ocağının Qida mühəndisliyi bölümündə Qida mühəndisliyinə giriş, Qida mühəndisliyi etikası və Qida biologiyası fənnlərindən mühazirə dərsləri keçib. Eyni zamanda universitetin böyük konfrans salonunda Bülent Ecevit Universitetinin rəhbərləri, müəllimləri və qida bölümünün tələbələri qarşısında “Südün insan orqanizmi üçün müsbət və mənfi cəhətləri” mövzusunda seminar verib.
Ekologiya mühəndisliyi kafedrasının assistenti Fəridə Verdiyeva da mübadilə proqramı çərçivəsində eyni universitetin Çevrə mühəndisliyi bölümünə ezam olunub. O, burada gələcəyin ekoloqlarına Su təminatı, Hava çirklənməsinin əsasları fənnlərindən mühazirə oxuyub, Göygöl ərazisində atmosfer havasının tədqiq olunması mövzusunda seminar keçib.
Müəllimlər bundan başqa Bülent Ecevit Universitetinin tələbə və əməkdaşları qarşısında Gəncə şəhəri və Azərbaycan Texnologiya Universiteti haqqında məlumatlardan ibarət təqdimatlarla çıxış ediblər.
Bu müddət ərzində ATU əməkdaşlarının Bülent Ecevit Universitetindəki pedaqoji ezamiyyəti ilə bağlı həm ali təhsil ocağının saytı, həm də Türkiyənin bəzi regional və mərkəzi KİV-lərində xəbərlər dərc olunub. Onlara Bülent Ecevit Universitetinin sertifikatları və xatirə hədiyyələri təqdim olunub. Samsun şəhərində yerləşən On Doqquz May Universitetinə ezam olunan Sənayenin iqtisadiyyatı və idarə edilməsi kafedrasının baş müəllimi Mobil Məsimov da bu ali təhsil müəssisəsində tələbələrə mühazirə və seminarlar keçib.

ATU-nun Mətbuat Xidməti