Əli Əhmədov: İlham Əliyev şəxsiyyətinin siyasətçi mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub

Əli Əhmədov: İlham Əliyev şəxsiyyətinin siyasətçi mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub İlham Əliyev şəxsiyyətinin siyasətçi mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub.

Tehsil-press.az-n məlumatına görə, bu fikirlər Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun “Azərbaycan” qəzetində dərc olunmuş “Lider və onun ölkəsi” məqaləsində yer alıb.
Ə.Əhmədov qeyd edib: “2003-cü ilin prezident seçkiləri artıq müasir tariximizin 13 illik şərəfli səhifəsini təşkil edir. Tam məsuliyyətlə deyə bilərəm ki, 13 il bundan əvvəl Prezident İlham Əliyevə xalqın nümayiş etdirdiyi inam, ümid və etimad nəinki azalıb, əksinə, daha da güclənib, daha dərindən dərk edilən dəyərlər kimi özünü təsdiq edib. Səbəbləri haqqında mülahizələr yürütməyə başlasaq, yəqin ki, ilk növbədə Prezident İlham Əliyevin xalqın inamını, ümidini və etimadını ən yüksək səviyyədə doğrultduğunu göstərmək lazım gələr. İndi xalq ona həm ümummilli lider Heydən Əliyevin ən layiqli və ardıcıl varisi, həm də müdrik siyasətçi və dövlət xadimi kimi inanır, ümid edir, etimad göstərir".
Bazş nazirin müavini bildirib ki, Azərbaycanın 13 illik şərəfli inkişaf tarixi, ölkəmizin həyatında baş verən fundamental dəyişikliklər Prezidentə bəslənən ümumxalq məhəbbətinin əsasını təşkil edən başlıca səbəblərdir:
"Onu da vurğulamaq yerinə düşər ki, Prezidentə xalqın inamı və etimadı öz növbəsində onun fəaliyyətinin uğurlarının mənəvi əsasını təşkil edir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, xalqın dərin etimadı dövlət başçısı kimi onu ruhlandırır, gücünə güc qatır və beləliklə də xalqla iqtidarın birliyi möhtəşəm gücə çevrilərək Azərbaycanı inkişafın zirvələrinə doğru aparır. 2016-cı ilin sentyabr ayının 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən referendum və onun nəticələri dövlət başçısına ölkə əhalisinin böyük inam və etimadının yeni təsdiqi kimi yadda qaldı".
Ə.Əhmədov əlavə edib: "Prezident İlham Əliyevin siyasi keyfiyyətlərini, istinad etdiyi dəyərlər sistemini ümumi şəkildə səciyyələndirməli olsaq, vurğulanmalı başlıca cəhət Heydər Əliyev ideyalarına sədaqət hesab edilməlidir. Müasir Azərbaycan siyasətçilərinin böyük çoxluğu yuxarıda qeyd olunan siyasi dəyərləri mənimsəmiş, Heydər Əliyevin ardıcılları kimi özünütəsdiqləmişdir. Bu mənada, Heydər Əliyev ideyalarına sədaqət müasir Azərbaycan dövlətçiliyinə sədaqətin bir növ simvoluna çevrilib. Lakin Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına sədaqəti fərqli məna və mahiyyət parametrlərinə malikdir. İlham Əliyev şəxsiyyətinin siyasətçi mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub, onun nüvəsindən qaynaqlanıb və onu ən saf, tam və bütün şəkildə ifadə etmək üstünlüyünə malikdir. Səbəbi isə sadə və anlaşılandır: İlham Əliyev həm şəxsiyyət, həm də siyasətçi kimi Heydər Əliyev ideyalarının, dünyagörüşünün, siyasi davranış qaydalarının mühitində formalaşıb. Dahi siyasətçi və dövlət adamının siyasi irsinin mahiyyətini və ruhunu onu qədər duya biləcək ikinci kimisə təsəvvür etmək mümkün deyil".

Tehsil-press.az

Oxşar xəbərlər