“Vətənin pərvəri ol!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Vətənin pərvəri ol!” müsabiqəsinin qalibləri mükafatlandırılıb Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun 10-25 yaşlı yeniyetmə və gənclər arasında “Vətənin pərvəri ol!” mövzusunda elan etdiyi şeir və rəsm müsabiqəsinə yekun vurulub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) müsabiqəyə göndərilmiş rəsmlərdən ibarət sərginin açılışı və qaliblərin mükafatlandırılması mərasimi olub.
Mərasimdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov müsabiqənin qaliblərini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. ADRA-nın rektoru Ömər Eldarov sərgidə nümayiş olunan rəsmləri yüksək dəyərləndirib, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında belə tədbirlərin rolunu xüsusi vurğulayıb. Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova və digər çıxış edənlər də gənc nəslin dünyagörüşünün inkişafında belə müsabiqələrin əhəmiyyətindən bəhs ediblər.
Müsabiqəyə Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Neftçala, Naftalan, Xocavənd, Ağstafa, Balakən, Ağdam, İsmayıllı, Şamaxı, Quba, Hacıqabul, Oğuz, Zaqatala, Xaçmaz, Cəbrayıl, Ağdaş, Saatlı, Ucar, Şirvan, Beyləqan, Xızı, İmişli və Şuşadan iki nominasiyada 219 iş (57 şeir və 162 rəsm) qəbul edilib.
Sonda qaliblərə Bilik Fondunun diplomları və hədiyyələr təqdim olunub.

ADRA-nın Mətbuat Xidməti


“Vətənin pərvəri ol!” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Vətənin pərvəri ol!” müsabiqəsinin qalibləri mükafatlandırılıb“Vətənin pərvəri ol!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Oxşar xəbərlər