Rusiyalı mütəxəssislər Bakıda cərrahiyyəyə dair seminara başlayıblar

Rusiyalı mütəxəssislər Bakıda cərrahiyyəyə dair seminara başlayıblar Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) “Cərrahiyyədə yeni texnologiyaların tətbiqi” mövzusunda beynəlxalq təhsil günləri keçirilir.

İnstitutdan tehsil-press.az-a bildirilib ki, yanvarın 9-dan etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin əməkdaşları mövzuya dair seminara başlayıblar.
İki gün ərzində ADHTİ-də Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, professor Aleksandr Çernousovun rəhbərliyi ilə peşəkar mütəxəssislər cərrahiyyənin aktual məsələlərinə həsr olumuş mühazirələrlə çıxış edəcəklər.
Mühazirələrə institutda təhsil alan həkim-müdavimlərlə yanaşı, respublikanın müxtəlif tibb müəssisələrinin cərrahları, rezidentlər, müvafiq kafedraların əməkdaşları da dəvət olunublar.
Qeyd edək ki, Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda tibb elminin son nailiyyətlərinin yerli mütəxəssislərə çatdırılması məqsədilə beynəlxalq təhsilə xüsusi önəm verilir.

Tehsil-press.az

Oxşar xəbərlər