Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu əsasən folklor nümunələrinin toplanılması, tərtibi və araşdırılması ilə məşğul olur.
Bununla yanaşı, Azərbaycan folklor nümunələrinin tanıdılması və təbliği də institutun məqsəd və vəzifələri sırasına daxildir. Bu məqsədlə institutun nəzdində fəaliyyət göstərən Folklor Studiyasının xətti ilə Azərbaycan xalq musiqisinin ayrı-ayrı sahələrini əks etdirən xüsusi albom-disklər buraxılır. Bu materiallar institutda folklor fondunun əsaslı şəkildə qurulması üçün çox vacibdir.
Studiyanın rəhbəri, musiqi sahəsində 20 illik təcrübəsi olan Mahir İbrahimov tehsil-press.az-a müsahibəsində bildirib ki, əvvəllər səyyar fəaliyyət göstərən studiyada əsasən çəkilişlərə önəm verilirdi. Avadanlıq isə demək olar ki, yox dərəcəsində idi. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə 2016-cı ilin iyulunda studiyada bərpa-təmir işlərinə başlanılıb. Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov isə burada gedən iş prosesini yaxından izlədi, bizə həm mənəvi, həm də maddi dəstək oldu.
Folklor Studiyası görülən işlər nəticəsində müasir görkəm alıb. İstər iki ton zalı, istər montaj otağı, istərsə də məşq-çəkiliş (xromokey) zalı ən son avadanlıqlarla təchiz olunub. Yeri gəlmişkən, studiyanın rejissoru Qasım Nağıyev, operatoru Əlisəftər Məmmədov, səs rejissoru İffət Əsgərov, səs texniki isə Ramin Abdullayevdir.
M.İbrahimov qeyd edib ki, studiya bərpa-təmir işləri başa çatdıqdan sonra ötən ilin sentyabrında fəaliyyətə başlayıb. Ancaq müəyyən hazırlıq işlərinə görə, yəni kommunikasiya xətləri və pultların quraşdırılması vaxt apardığı üçün studiyada işlərə oktyabrda start verilib.
Studiyanın qısa müddətdə gördüyü işlərdən danışan M.İbrahimov Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” ansamblının 20 mahnıdan ibarət iki albomunun (audio CD) buraxılmasını studiyanın ilk işi hesab edir. Onun sözlərinə görə, bunun ardınca AMEA-nın “Keçmişimizi unutmayaq!” layihəsi çərçivəsində “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarından seçmələr əsasında albom buraxılıb. “Quba yəhudiləri” etnoqrafik sənədli filmi (33 dəqiqəlik) də studiyanın gördüyü uğurlu işlərdəndir. Burada Azərbaycanın qədim milli rəqslərindən ibarət rəqs proqramı da hazırlanıb. Hazırda “İrs” ansamblı ilə yeni layihə üzərində işlər gedir.
Gələcək planlardan söz açan M.İbrahimov bildirib ki, studiyada iki hissədən ibarət layihə çərçivəsində Azərbaycanda yaşayan bütün azsaylı xalqların tarixi və adət-ənənələri haqqında, o cümlədən xalqımızın həyat tərzinə çevrilən multikultural dəyərlərlə bağlı silsilə filmlər çəkiləcək. Bundan əlavə, “İrs” ansamblının repertuarı ilə regionlarda konsertlər təşkil etmək nəzərdə tutulub.
İnanırıq ki, studiya bu işlərin öhdəsindən asanlıqla gələcək. Studiyanın işgüzar və təcrübəli əməkdaşları, eləcə də burada yaradılan hərtərəfli şərait bunu deməyə əsas verir.
Tehsil-press.az