Dünyadakı primatların 60 faizinin nəsli tükənmək təhlükəsi var

Dünyadakı primatların 60 faizinin nəsli tükənmək təhlükəsi var Dünyada primatlar yox olma təhlükəsi ilə qarşılaşıblar.

Tehsil-press.az xəbər verir ki, alimlərin araşdırmalarında 500 individual növün qorunma statusu dəyərləndirilib. Nəticələrə əsasən, növlərin 75 faizinin nəslinin azalması müşahidə olunub. Primat növlərinin 60 faizinin nəsli tükənmək təhlükəsi var.
Tədqiqatçılar primatların yox olma təhlükəsi ilə üzləşməsini antropogen təsirlərə bağlayırlar. Belə ki, meşə massivlərinin məhv edilməsi ilə onlar yaşama areallarını itirirlər. Digər səbəb isə qida və ticarət məqsədilə bu heyvanların qanunsuz ovlanmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər