BSU-da Gənclər günü qeyd edilib

BSU-da Gənclər günü qeyd edilib 2 fevral 2016-cı il. Gənclər günü münasibəti ilə Bakı Salvyan Universitetində (BSU) “Heydər Əliyev siyasətində Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor Xanım Sultanova 1997-ci ildən başalyaraq hər il 2 fevralın Azərbaycanda Gənclər günü kimi qeyd olunduğunu bildirib. X.Sultanova Ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunan bu günü onun gəncilyə göstərdiyi diqqət və qayğısının bir nümunəsi kimi qiymətləndirib. O, Prezident İlham Əliyevin siyasəti nəticəsində respublikamızda Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına xüsusi diqqət ayrıldığını deyib. Prorektor əlamətdar gün münasibəti ilə BSU gənclərini təbrik edib, onlara uğurlar arzulayıb.
BSU-nun Tələbə Xeyriyyə Fondunun (TGT) sədri, “BİR” Tələbə-Könüllü Proqramının BSU üzrə koordinatoru, Tərcümə fakültəsinin III kurs tələbəsi Məmmədəli Həsənov Bakı Slavyan Universitetində gənclərə yaradılan yüksək şəraitdən söz açıb. O, “Müasir Azərbaycanın inkişafında gənclərin rolu” mövzusunda məruzə ilə çıxış edib. “Ümid yeri” uşaq evində məskunlaşan kimsəsiz uşaqların gündəlik həyat tərzini əks etdirən video-çarxı və əlilliyi olan istedadlı gənclərə həsr edilmiş “Görülməyən dünya” adlı qısametrajlı filmi iştirakçılara təqdim edib. Film sağlamlığı məhdud olan insanlara cəmiyyətin həmişə həssas və diqqətlə yanaşmasının təbliği baxımından çox maraqlı, eyni zamanda aktual olduğundan iştirakçılar tərəfindən alqışlanıb.
Dəyirmi masada BSU-nun Magistrantlar Şurasının sədri Rüfət Həşimov “Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolu”, Tələbə Gənclər Təşkilatının (TGT) sədr müavini, Filologiya və xarici dil müəllimliyi fakültəsinin III kurs tələbəsi Ələkbər Mirzəyev “Azərbaycan gəncliyi Heydər Əliyev idealarına sadiqdir”, TGTnin sədr müavini, Pedaqoji fakültənin III kurs tələbəsi Afaq Zeynallı “Müasir Azərbaycan gəncliyi”, YAP-ın BSU üzrə sədr müavini, Tərcümə fakültəsinin III kurs tələbəsi Selcan Hüseynova “Heydər Əliyevin zəngin irsi gənclər üçün örnəkdir” mövzularında etdikləri maraqlı çıxışlar tələbələr tərəfindən maraqla qarşılanıb.
BSU-nun mətbuat xidmətinin əməkdaşı Elçin Məmmədli gəncləri Heydər Əliyev ideyaları ətrafında birləşməyə çağırıb və vaxtilə Ümummilli liderin söylədiyi bir fikri onlara xatırladıb: “Siz gənclər gələcəkdə bizləri əvəz edəcəksiniz. Sizin aranızdan dövlət başçısı, nazir, icra başçısı və. s vəzifələrdə çalışanlar olacaq. Siz bizim gələcəyimizsiniz”.
Sonda gənclərlə xatirə şəkli çəkilib.

BSU-nun Mətbuat xidməti


BSU-da Gənclər günü qeyd edilib

Oxşar xəbərlər