Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin Yol Patrul Xidməti alayları əməkdaşlarının sıra baxışını keçirib.
Nazirliyin mətbuat xidmətindən Təhsil-press.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayında keçirilən, kurator nazir müavininin, DİN-in aidiyyəti Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir yol patrul xidməti əməkdaşlarının düzüldükləri ayrı-ayrı kalonların önündən keçərək onların zahiri görkəmi, fiziki və peşə hazırlığının vəziyyəti ilə maraqlanıb. O, tələb olunan parametrlərə uyğun gəlməyən bəzi əməkdaşların qısa müddətdə öz fiziki hazırlıqlıqlarını və peşəkarlıqlarını artırmalarını, göstərilən nöqsan və çatışmazlıqları aradan qaldırmalarını tələb edib, irad və tövsiyələrini bildirib, ümumən, sıra baxışının nəticələrindən razı qaldığını deyib.
Sonra əməkdaşlar qarşısında çıxış edən R.Usubov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin parlaq gələcəyinin yüksək biliyə, geniş dünyagörüşə və işgüzarlığa malik vətənpərvər gənclərlə bağlı olduğunu dəfələrlə vurğuladığını, dövlət gənclər siyasətinə uyğun olaraq onların bacarığına, peşəkarlığına, dövlətçiliyə sədaqətlərinə görə irəli çəkilmələrinin ölkə və DİN rəhbərliyinin fəaliyyətində ən ümdə istiqamətlərdən biri olduğunu xatırladaraq son illər yüzlərlə belə gəncin şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında daxili işlər orqanlarında, həmçinin DYP sıralarına xidmətə qəbul olunduqlarını xüsusi qeyd edib.
Ümumilikdə polis peşəsinin çətin və həm də şərəfli olduğunu diqqətə çatdıran daxili işlər naziri xüsusən əhali ilə ən çox təmasda olan yol patrul xidməti əməkdaşlarının insanlara həssas münasibətinin, diqqət və qayğısının həmişə minnətdarlıqla qarşılandığını, belə nümunəvi rəftarın polisin nüfuzunu daha da yüksəltdiyini vurğulayıb, onlar tərəfindən hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət edilməsinin, törədilmiş inzibati xətanın yarada biləcəyi mənfi nəticələrin sürücülərə izah olunmasının zəruriliyini bildirib.
Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını, şəxsi heyətin böyük qayğı ilə əhatə olunduğunu xüsusi qeyd edən nazir R.Usubov Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın qanunla müəyyən edilmiş vəzifələri bundan sonra da layiqincə yerinə yetirməli, xalqa, Vətənə ləyaqətlə xidmət etməli olduğunu vurğulayıb.
Təhsil-press.az