Azərbaycanda 9 günə 28 intihar

Azərbaycanda 9 günə 28 intihar Fevral ayı başlanandan 9 gün ərzində respublikada 28 nəfər intihar və intihara cəhd edib.

Mətbuatda dərc olunan məlumatlar əsasında tərtib etdiyi statistikaya görə, bu müddətdə hər gün ən azı iki nəfər həyatına qəsd edib. Onların arasında sağ qalanlar olsa da, əksər suisidlər ölümlə nəticələnib.
Psixoloqlar intihar hadisələrini yoxsulluq, sosial-iqtisadi vəziyyətin çətinliyi, işsizlik, cəzalandırılmadan irəli gələn qorxu, psixi xəstəliklər, ailədəki problemlər, sağalmaz xəstəliklərə yoluxma və digər səbəblərlə əlaqələndirirlər. Bu intiharların bəzilərinin səbəbləri bəlli olsa da, əksər özünəqəsdlərin hansı səbəbdən baş verdiyi bəlli deyil.
Özünü öldürənlərin və ya öldürməyə cəhd edənlərin əksəriyyəti 20-30 yaş arası şəxslərdir. Lakin özünə qəsd edənlər arasında yaşı 50-dən yuxarı olanlar da az deyil. Ən yaşlı intihar edənin 67, ən gəncin isə 16 yaşı var.
1 fevral - Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yaşayan 1970-ci il təvəllüdlü Gülarə Məlikova yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb.
1 fevral - Bakının Səbail rayonu Badamdar qəsəbəsindəki parklardan birində 1985-ci il təvəllüdlü Nərgiz Atayeva intihar etmək məqsədi ilə özünü iplə ağacdan asıb. Lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən intiharın qarşısı alınıb.
2 fevral - Şabran rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədov Elvin Ağamirzə oğlu özünü asıb.
2 fevral - İsmayıllı rayonun Qalacıq kəndində yaşayan həkim,1965-ci il təvəllüdlü Bədirov Çingiz Sidqi oğlu yaşadığı evdə çoxsaylı dərman preparatları qəbul edərək özünü öldürüb.
3 fevral - Hacıqabul rayonunda 1992-ci il təvəllüdlü Mehdiyeva Ayşən Tərlan qızı üzərinə yanacaq tökərək, özünü yandırıb. A. Mehdiyevanın bir azyaşlı övladı var.
3 fevral - Bakının Binəqədi rayonu Xocəhəsən qəsəbəsinin “Çiçək” yaşayış massivində 1963-cü il təvəllüdlü Elqar Allahverdi oğlu Hümbətov yaşadığı evin həyətində özünü asıb.
3 fevral - Nardaranda1965-ci il təvəllüdlü Mehman Tağıyev sirkə turşusu içərək intihar edib.
3 fevral - Lənkəran rayonunun Osakücə kəndində iki uşaq anası, 1985-ci il təvəllüdlü Həbibova Xalidə Babarza qızı yaşadığı evdə özünü asaraq intihar edib.
4 fevral - Bakının Binəqədi rayonu Binəqədi qəsəbənin 2-ci mədən küçəsində yaşayan 1995-ci il təvəllüdlü R.X. ad-soyadlı qadın yaşadığı evin tavanından özünü asmağa cəhd edib. Lakin intiharın qarşısı alınıb.
5 fevral Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi ev 11, mənzil 36-da yaşayan 1990-cı il təvəllüdlü Dadaşzadə Şəhriyar Rafiq oğlu mətbəxdə özünü asıb.
5 fevral- Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan Ağdamdan olan məcburi köçkün, 1956-cı il təvəllüdlü 66 yaşlı Eminova Sahibə Allahverdi qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. S. Eminovanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
5 fevral - Şəki şəhəri, Sabit Rəhman küçəsində yaşayan, 1958-ci il təvəllüdlü Faiq Səlim oğlu Səfərovun meyiti yaşadığı evin vanna otağından asılmış vəziyyətdə aşkar edilib. 59 yaşlı F. Səfərov iki uşaq atasıolub.
6 fevral - Tovuz rayonunun Düzqırıqlı kəndində 2001-ci il təvəllüdlü Qəmbərova Aliyə Habil qızı yaşadığı evdə özünü asıb.
6 fevral - Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində 67 yaşlı Yaşar Əliyev yaşadığı evin həyətində özünü asıb.
6 fevral – Goranboy rayonunda 1995-ci il təvəllüdlü Elnur Səmədov qollarını kəsərək intihara cəhd edib.
6 fevral - Lənkəran rayon Şağlakücə kənd sakini, 1986-cı il təvəllüdlü Şərifov Ramal Cəbrayıl oğlu pnevmatik tüfənglə özünü vurub.
6 fevral - Bakıda Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsindəki evlərdən birində 1989-cu il təvəllüdlü R.A. özünü yaşadığı evin tavanından asmağa cəhd edib. Lakin qadının qohumu Kənan Mustafayev tərəfindən intiharın qarşısı alınıb.
7 fevral - Salyan rayonunda 1988-ci il təvəllüdlü Şəfəq Hüseynova sirkə turşusu içərək intihar edib.
7 fevral - Tovuz rayonunun Qəribli kənd sakini İsa Tahirov yaşadığı evin həyətində özünü asıb.
7 fevral - Bakının Nizami rayonu, Qara Qarayev küçəsi 94 ünvanında ana öz azyaşlı övladı ilə binanın damına çıxaraq özlərini atmaq istəyib. Hadisə yerinə gələn polis və xilasedicilər onu fikrindən daşındırıblar.
7 fevral - Qubada 50 yaşlı Rəsmiyyə Ramiz qızı Məhərrəmova üzərinə benzin tökərək özünə od vurub.
7 fevral - Ağsu rayonunun Dilman kəndində rayonun Kalva kənd sakini, 1965-ci il təvəllüdlü Qəniyev Mikayıl Əliyusif oğlu ov tüfəngi ilə özünü vurub.
7 fevral - Bakının Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanının qarşısında 1984-cü il təvəllüdlü Azər Mirzəyev özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
8 fevral - Səbail rayonu Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi ev 11, mənzil 6 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Vidadi Məhərrəm oğlu Qubadov yaşadığı iki mərtəbəli binanın damında özünü asıb.
8 fevral - Bərdə rayonu, Təbriz küçəsində yaşayan 1950-ci il təvəllüdlü Rəhimov Vilayət Sokrat oğlu özünü yaşadığı evdə tavandan asaraq intihar edib.
8 fevral - Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində 1947-ci il təvəllüdlü Məmmədova Rübayyə yaşadığı binanın 3-cü mərtəbəsindən özünü ataraq intihar edib.
9 fevral - Xəzər rayonu Mərdəkan qəsəbəsi, 852 saylı bağ evində yaşayan, əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Samir Akif oğlu Hacıyev evin zirzəmisində özünü asıb.
Sabirabad rayonunun Rüstəmli kəndində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərcikdə rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Asif Qubad oğlu çardaqdan özünü asaraq intihar edib.
Qeyd edək ki, ötən ayda intihar və intihara cəhd edənlərin sayı kifayət qədər çox olub - 54 nəfər.
Rəsmi statistikaya görə, 2016-cı ildə intihar edənlərin sayı isə 500-dən çox olub. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin məlumatına görə, 2016-cı ilin təkcə 9 ayı ərzində intiharla bağlı ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı isə 27 nəfər olub.
2015-ci ildə isə özünəqəsdlə bağlı 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub.

Hüseyn Şərifov

Oxşar xəbərlər