Rusiya Müdafiə Nazirliyi Rusiya və ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəislərinin sabah Bakıda keçirəcəkləri görüş barədə məlumat yayıb.
Rusiya MN-nin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 16-da Azərbaycan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla görüşü planlaşdırılır.
"Razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxildir. Bundan əlavə, dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılacaq", - deyə məlumatda bildirilib.
* * *20:28
ABŞ Silahlı qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danford sabah Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşəcək.
Təhsil-press.az xəbər verir ki, bu sensasion məlumatı Pentaqonun rəsmi saytı yayıb. Pentaqon bildirir ki, görüşdə ABŞ və Rusiya arasında hərbi münasibətlərin mövcud vəziyyəti müzakirə olunacaq. “Generallar Danford və Gerasimov “potensial böhranların və yanlışlıqların aradan qaldırılması məqsədi ilə hərbçilər arasında aydın vı ardıcıl əlaqələrin mühümlüyünü” müzakirə edəcəklər”-Pentaqon bildirir.
Bu, ABŞ və Rusiya hərbi komandanlıqları arasında son illərdə baş tutan ən yüksək səviyyəli görüşdür. Və belə görünür ki, görüşün yeri kimi Azərbaycan paytaxtı seçilib. Bu, son vaxtlar ABŞ rəsmilərinin Bakıya etdiklərki bir neçə səfərin məqsədini də açır. Belə görünür ki, generalların görüşünün təşkili üçün hazırlıq işləri aparılırdı.
ABŞ-la Rusiya arasında hərbi əlaqələr Barak Obamanın adminitrasiyası dövründə tamamilə dayandırılmışdı. Tərəflər yalnız Suriya səmasında reydlər keçirən hərbi təyyarələrinin toqquşmaması və digər mümkün insidentlərin qarşısının alınması üçün əlaqələndirici zabitlər səviyyəsində təmas saxlayırdılar. İndi isə ABŞ ordu komandanı ilə Rusiya ordusunun Baş qərargah rəisi arasında görüşdən söhbət gedir. Bu görüş Donald Tramp administrasiyasının Rusiya ilə ilk yüksək səviyyəli təması da hesab oluna bilər. Hansı ki, hazırda Trampın administrasiyasında Rusiya ilə məxfi əlaqələrə görə ciddi qalmaqal yaşanır. Seçki kampaniyası dövründə və seçkilərdən sonra Tramp dəfələrlə deyib ki, İŞİD-in məhv edilməsi üçün Rusiya ilə tərəfdaşlığa hazırdır.
Lakin ABŞ və Rusiya ordu komandanlarının Bakıya təkcə Suriyadakı əməliyyatların koordinasiyasını müzakirə etmək üçün gəldikləri az inandırıcıdır. Hərçənd ki, Tramp administrasiyası Suriyada İŞİD-ə qarşı zərbələri intensivləşdirməyi qərara alıb və son məlumatlara görə “Corc Vaşinqton” təyyarədaşıyanı bu əməliyyatlara cəlb olunub. Pentaqon təyyarədaşıyanın göyərtəindən qalxan aviasiyasının terrorçulara “dəqiq və effektiv zərbələr endirdiyini” bildirir.
Bununla belə tərəflər arasında güclü etimadsızlıq şəraitində nüvə müharibəsi riski də getdikcə artmaqdadır. Ötən gün fevralın 14-də ABŞ administrasiyasındakı mənbə bildirib ki, Rusiyanın orta və yaxın mənzilli nüvə raketləri barədə razılaşmanı pozduğuna dair ciddi şübhələr var.
Mənbənin bildirdiyinə görə, Rusiya yerüstü qanadlı raketlərlə silahlanmış iki batalyonu döyüşə hazır vəziyyətə gətirib. Batalyonlardan biri “Kapustin Yar” poliqonunda yerləşdirilib, ikinci batalyonun isə 2016-cı ilin dekabrında adı açıqlanmayan digər bazada yerləşdirildiyi bildirilir.
Elə həmin gün Pentaqon bildirib ki, Rusiya hərbi aviasiyası Qara dənizdəki Amerika esminetsi “Porter”in yaxınlığında təhlükəli manevrlər edib, təyyarələr transponderlərini söndürüblər və gəmi heyətinin sorğusuna cavab verməyiblər.
***
Təhsil-press.az Amerika mənbələrinə istinadən xəbər verir ki, Birləşmiş Ştatların Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danfordun Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüşdüyü saatlarda dövlət katibi Reks Tillerson Almaniyanın Bonn şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Mənbələr bildirir ki, bu görüşdə məqsəd Tramp administrasiyasının Rusiya ilə münasibətlərin gələcəyini müəyyənləşdirmək istəyidir. Bildirilir ki, Tillerson G-20 ölkələrinin xarici işlər nazirlərinin Bonnda keçiriləcək toplantısına qatılmaq üçün Vaşinqtondan yola düşüb. Dövlət katibinin təyyarəsi Vaşinqtondan yola düşməyə hazırlaşarkən silahlı qüvvələrin qərargah rəisləri Komitəsi generallar Danford və Gerasimovun Bakıda görüşəcəyinə dair sensasion məlumatı yayıb.
Rusiya XİN təsdiq edir ki, Sergey Lavrov Bonn toplantısının kuluarlarında Reks Tillersonla görüşəcək. Bu, Tillersonun dövlət katibi təyin edilməsindən sonra Rusiya xarici işlər naziri ilə ilk görüşüdür.
Tillersonun Almaniyaya səfəri Tramp administrasyasının bir tərəfdən NATO üzrə öhdəlikərinə sadiq qalaraq alyansı dağıtmayacağı barədə bəyanatlar verib Avropanı sakitləşdirməyə çalışdığı, digər tərəfdən Rusiya əməkdaşlıq üçün yeni sahələr axtardığı bir vaxtda baş verir. Hansı ki, Trampın milli təhlükəsizlik müşaviri, general Maykl Flinn təyinatından cəmi 3 həftə sonra məhz Ruiya ilə gizli təmaslarına görə qalmaqallı şəkildə istefa verməli olub. Konqresdə isə hər iki partiyadan senatorlar və konqresmenlər administrasiyanın üzvlərinin Rusiya ilə şübhəli təmaslarını araşdırmağı tələb edir.
ABŞ-ın Avropadakı müttəfiqləri Tramp administrasiyasının mümkün Rusiya təcavüzünü önləmək üçün Şərqi Avropada güclü hərbi iştirak barədə göstərişlərini gözləyir. Hazırda Obama adminitrasiyası dövründə qəbul edilmiş qərara uyğun olaraq ABŞ tankları və digər hərbi texnikası Şərqi Avropa, Baltik ölkələrində cəmləşdirilir. Məsələ bu həftə NATO müdafiə nazirlərinin Brüssel toplantısında ABŞ müdafiə naziri, Rusiyaya qarşı sərt xətt tərəfdarı, “quduz köpək” ləqəbli general Ceyms Mattislə müzakirə olunacaq.
Bundan əlavə mənbələr bildirir ki, Tramp administrasiyası Suriyaya dair kursun dəyişdirilməsini planlaşdırır. Tramp artıq Suriyada təhlükəsizlik zonalarının yaradılması və terrorçuların məhvinə dair planın hazırlanmasına dair Pentaqona müvafiq fərmanla göstəriş verib. Lakin Tramp Suriyaya dair kursun dəyişdirməsini Rusiya ilə əməkdaşlıq şəraitində edəcək, yoxsa təkbaşına? Hazırda bu sual analitikləri düşündürür. Birinci variant Trampın Rusiya ilə Amerika və müttəfiqlərinin maraqlarına zidd sövdələşməsinə dair hücumları daha da gücləndirərdi. Belə görünür ki, Tramp general Danfordu məhz bu kimi kritik mövzuların müzakirəsi üçün Bakıya göndərir.
Təhsil-press.az