Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 19-da ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Təhsil-press.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir son illər iki ölkə prezidentlərinin siyasi iradəsinə, dostluq münasibətlərinə və imzalanmış hökumətlərarası sənədlərə uyğun olaraq Azərbaycanla Ukrayna arasında bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafını, cinayətkarlığa, xüsusən mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə qarşı hər iki dövlətin güc strukturlarının səmərəli əməkdaşlıq etdiyini məmnunluqla vurğulayıb. O bu işdəki roluna, eyni zamanda, Ukrayna ərazisində azərbaycanlılara qarşı törədilmiş bir sıra cinayətlərin istintaqını şəxsən nəzarətə götürdüyünə görə Y.Lutsenkoya təşəkkürünü bildirib.
Daha sonra R.Usubov müstəqilliyin ilk illərində respublikamızdakı gərgin ictimai-siyasi vəziyyət, ağır kriminogen durum barədə məlumat verib. Azərbaycanın bu fəlakətdən xalqın tələbi ilə ali hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində xilas olduğunu xatırladan nazir 1995-ci ilin sonlarından başlayaraq ölkəmizdə sabitliyin bərqərar olduğunu, əməliyyat şəraitinin tam nəzarətə götürüldüyünü diqqətə çatdırıb. Məhz görülmüş belə məqsədyönlü işlərin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu hüquq-mühafizə siyasətinin məntiqi nəticəsi olaraq bu gün ölkəmizin cinayətlərin sayının azlığına görə MDB və Şərqi Avropada qabaqcıl yerlərdən birini tutduğu xüsusi qeyd olunub.
Ukraynanın Baş prokuroru Y.Lutsenko səmimi qəbula, yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirərək Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib. Qonaq iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə öz səylərini əsirgəməyəcəyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Görüşdə Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko da iştirak edib.
Təhsil-press.az