“Yarat” Müasir İncəsənət Mərkəzində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının Uşaq Opera teatrının kiçik aktyorları “Səni sevirəm, Xəzərim” adlı musiqili tamaşa ilə səhnəyə çıxdılar.
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktor müavini Sevda Məmmədovanın dediklərinə görə Uşaq Opera teatrı 35 ildən artıqdır ki, fəaliyyət göstərir. Bu illər ərzində Uşaq Opera teatrının bünövrəsinin qoyulmasında və repertuarının zənginləşməsində məktəb-studiyanın direktoru, bədii rəhbər, əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun böyük xidməti olmuşdur. Onun əməyi sayəsində Uşaq Opera teatrının kiçik aktyorları müxtəlif Beynəlxalq festivalların iştirakçısı, lauretı və qalibləri olmuşlar.
Tamaşanın quruluşçu rejissoru və ssenaristi Elvin Mirzəyevdir. Tamaşada XX əsrin əvvəllərindən XXI əsrin əvvəllərinə kimi baş verən hadisələr musiqili kompozisiya şəklində verilir. Yüksək səviyyədə qurulmuş səhnə dekorasiyası, işıqlandırma sistemi, səhnənin fonunda verilən foto slaydlar tamaşaçıları sanki o dövrlərə geri qaytarır, həmin anlari yenidən yaşadır. Tamaşa ağ geyimli qadın obrazı ilə başlayır. Qadın obrazını istedadlı aktrisa Nigar Həsənzadə ifa edir. Xəzərin sahilində yerləşən Bakımızı ağ və qara rəngdə görən ağ geyimli qadın XX əsrin əvvəllərində cəhalətdə olan xalqımızı əks etdirən kiçik aktyorları səhnəyə dəvət edir.
Fikrət Əmirovun “Sevil” operasının musiqisi sədaları altında çadralı qadın obrazını yaradan balacaların çadrasını atması, Sovet quruluşunu qəbul edib, həmin quruluşun rəmzini əks etdirən qırmızı qalstukla səhnəyə çıxaraq “Мы пионеры” mahnısını oxumaları tamaşanın ana xəttinin başlanğıcını göstərir.
1941-45-ci illərdə müharibənin çətinliyini, ağırlığını tərənnüm edən “Uzaq sahillərdə” filmindən Q.Qarayevin “Partizanlar” mahnısını oxuyaraq silahlı gəncləri nümayiş etdirən kompozisiya mükəmməl səhnə quruluşu ilə seçilirdi. Daha sonra isə gənclər T. Quliyevin “Neftçilər”, Vaqif Mustafazadənin “Yollar”, Mikayıl Vəkilovun “Qara gözlər”, Vasif Adıgözəlzadənin “Axşamçağı” mahnılarını ifa edərək musiqili kompozisiyalar nümayiş edirdilər.
Sonda isə sözləri Tofiq Bayramın, musiqisi Ramiz Mirişlinin “Xəzərim” mahnısının sədaları altında səhnədə Xəzərin sularını, dalğalarını əks etdirən əl hərəkətləri, dənizin kənarında gəzən, istirahət edən müstəqil dövlətin xoşbəxt insanlarını tərənnüm edən gənclər möhtəşəm kompozisiya ilə tamaşanı sona çatdırırlar. Gənc istedadların yaşlarının müxtəlif olmasına baxmayaraq, onlar səhnədə çox sərbəst idilər. Onlar səhnədə nəinki aktyor kimi çıxış edir, həm də oxuyur, müxtəlif gimnastik hərəkətlər edirdilər. Tamaşa anşlaqla bitdi. Tamaşaçıların gurultulu alqışları ilə rejissor Elvin Mirzəyev, xanımı aktrisa Nigar Həsənzadə və gənc istedadlar səhnədə gül-çiçək dəstələrinə büründülər.
Uşaqların musiqi istedadlarının üzə çıxmasında və inkişafında Ü. Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin, Orta ixtisas musiqi məktəb-studiyanın direktoru, bədii rəhbər, professor Tərlan Seyidovun, direktor müavini Sevda Məmmədovanın və tamaşanın musiqi rəhbərləri – Ofeliya Axundova və Vəfa Həmidovanın böyük rolu var.
Gənc istedadlara yeni rollar arzulayır, onların gələcəkdə daha inamla addımlamasında uğurlar diləyirəm. Mən inanıram ki, onların arasında gələcəyin böyük aktyorları da var.

Nigar Bayramova
Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının elmi işçisi
Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının elmi işçisi