Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Azərbaycan Dillər Universitetinin yaradılmasının 80 illiyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin (TEC) illik konfransı öz işinə başlayıb.
Konfransda açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev iştirakçıları salamlayaraq konfransda gələcək elm fədailərinin məruzələrinin dinləniləcəyini diqqətə çatdırıb və bunun əhəmiyyətindən danışıb. Elmi cəmiyyətlərin tələbələri eyni maraq ətrafında birləşdirdiyini söyləyən Ə.Abdullayev tələbə elmi cəmiyyətinin universitetin və tələbələrin həyatında mühüm rol oynadığını vurğulayıb. O, dünya təcrübəsində TEC-lərin universitetlərdə fəaliyyət göstərən mühüm bir qurum kimi dəyərləndirildiyini qeyd edib və ADU TEC-in də işini yüksək qiymətləndirib. Professor Ə.Abdullayev konfransın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib, tələbələrə uğurlar arzulayıb.
TEC-in sədri professor Əsgər Zeynalov konfransın gedişatı və strukturu, həmçinin bölmə iclasları, onların keçiriləcəyi auditoriyalar haqqında ümumi məlumat verib, tələbələrə xoş arzularını çatdırıb.
Plenar iclasda ADU-nun 101a qrup tələbəsi Şahnaz Əsədova “Azərbaycanda dil situasiyalarının özəllikləri”, 312c qrup tələbəsi Könül Axundzadə “Роль художественной литературы в изучении иностранного языка”, 453-cü qrup tələbəsi Nigar Dünyamalıyeva “ABŞ-ın HAARP siyasəti”, 210a qrup tələbəsi Səma Quliyeva isə “Məktəbyaşlı uşaqlarda disleksiya problemi: Disleksiyanın yaranma səbəbləri və problemin aradan qaldırılması yolları” mövzusunda məruzə ilə çıxış ediblər.
Plenar iclas təkliflərin dinlənilməsi və fikir mübadiləsi ilə yekunlaşıb.
Qeyd edək ki, plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. 3 gün ərzində davam edəcək konfransda 24 bölmə üzrə 1315 məruzə dinləniləcək, yekun iclasda isə bölmə rəhbərlərinin hesabatları dinləniləcək, fərqlənən tələbələr mükafatlandırılacaq.

ADU-nun Mətbuat Xidməti