Dekabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Diplomatlar klubunun “Səfirdən gələcək səfirlərə” layihəsi çərçivəsində növbəti görüş baş tutub. Layihənin növbəti qonağı Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts olub.
Tələbələrlə görüşdən öncə səfiri ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qəbul edib. Qonağı salamlayan professor D.Yunusov onu universitetdə görməkdən məmnun olduğunu bildirib. O, universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, elm sahəsi haqqında qonağa ətraflı məlumat verib. Azərbaycan Dillər Universitetinin nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu bildirən professor D.Yunusov burada müxtəlif dillərin tədris olunduğunu, dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini sözlərinə əlavə edib.
Səmimi qəbula görə təşəkkür edən səfir ADU-da olmaqdan məmnunluğunu dilə gətirib.
Sonra səfirin tələbələrlə görüşü baş tutub. Tələbələri salamlayan səfir universitet rəhbərliyi başda olmaqla görüşün baş tutmasında əməyi keçən hər kəsə təşəkkür edib. Dillərə olan marağından söz açan səfir Karol Krofts səyahət etməyi və insanlarla daim ünsiyyətdə olmağı sevdiyi üçün diplomat olmaq qərarına gəldiyini bildirib. “Zəriflərin diplomatiyası” mövzusunda mühazirə ilə çıxış edərək diplomatiya sahəsindəki fəaliyyəti haqqında tələbələrə məlumat verən səfir Karol Krofts məqsədə çatmaq üçün çox çalışmaq lazım olduğunu deyib. Tədris sahəsində əməkdaşlıqdan danışan səfir Azərbaycanda fəaliyyət göstərən British Council barədə tələbələrə məlumat verib. Səfir British Council-ın Birləşmiş Krallıq və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin ayrılmaz və mühüm hissəsi hesab olunduğunu sözlərinə əlavə edib.
Sonra səfirə Tələbə Gənclər Təşkilatının (TGT) sədri Faiq Məmmədov Diplomatlar klubu tərəfindən hazırlanan “Tələbələrin dostu” mükafatını təqdim edib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması və xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
ADU-nun Mətbuat Xidməti