BSU-nun Mətbuat Xidməti “etibarlı mənbəyə” sərt cavab verdi

BSU-nun Mətbuat Xidməti “etibarlı mənbəyə” sərt cavab verdi Mətbuatdan məlum olduğu kimi, Bakı Slavyan Slavyan Universiteti son günlər çox sıx qrafiklə işləyir. Demək olar ki, hər gün BSU-da mühüm bir tarixi hadisə ilə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən əlamətdar beynəlxalq tədbirlə, o cümlədən respublikamızın dünyada daha yaxşı tanıdılmasina istiqamətlənmiş elmi-pedoqojii fəaliyyətlə bağlı geniş tərkibli yığıncaqlar, konfranslar, müzakirələr keçirilir. Təkcə aprelin son günlərində və mayın əvvəlində keçirilən bəzi tədbirləri sadalamaq yetər ki, mənzərə aydın olsun: Aprelin 20-də yazıçı, tərcüməçi, etnoloq, arxeoloq, şərqşünas Lev Nikolayeviç Qomelovun 105 illiyinə həsr olunmuş tədbir, 21-də Azərbaycan filologiyası və jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Müasir filologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransı, 24-də “Sabah” qrupuna qəbulla əlaqədar tədbir, yenə həmin gün Tələbə Gənclər Təçkilatının hesabat seçki yığıncağı, aprelin 25-də BSU-da “İnformasiya müharibəsini necə udmalı?” mövzusunda dəyirmi masa (Müstəqil Araşdırmalar Mərkəzi ilə Təhsil Naziliyinin birgə layihəsi əsasında), 26-da universitetin professor-müəllim heyətinin Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyinə səfəri, 28-də Bakı Slavyan Universiteti və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika Elmi Konfransı, yenə həmin günlərdə BSU tələbələrinin “Tələbə Baharı” adlı 2-ci bədii yaradıcılıq festivalı, mayın1-də Mircavadın “Panslavyanizm” mövzusunda seminarı, mayın 3-də BSU-nun müəllim və tələbə heyəti ilə birgə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasında Heydərv Əliyevə həsr olunmuş konfransda BSU tələbələrinin iştirakı və nəhayət, Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VIII Beynəlxalq Elmi Konfrans...
Siyahını istənilən qədər uzada bilərdik. Buraya rusiyalı politoloq Duğinin BSU tələbələri ilə görüşünü, şənbə günü baş tutacaq Bolqarıstan Respublikasının vitse-prezidenti İlyana Yotovanın BSU-da qəbulunu və tələbələrlə görüşünü və s. əlavə edə bilərdik. Amma...
BSU-nun belə bir gərgin iş rejimində çalışdığı, ölkə təhsilini inkişafı üçün əlindən gələni etdiyi, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına, mədəniyyətimizin dünyada təbliğinə öz töhfələrini verdiyi vaxtda yenə bir-iki sayt haqqımızda heç bir əxlaqi normaya sığmayan yazılar verməkdə davam edib. Onlar bu şər-böhtanlara ciddi görkəm vermək üçün özlərindən saxta imzalar , saxta adlar, saxta ünvanlar da uydurublar. Bu saytlardan birinə, guya, İxtiyar Hüseynov adlı bir
şəxs müraciət edərək, “universitetin fasadının sökülüb bərpa edilməsindən yana dəhşətli dərəcədə narahatlıq keçirdiyini bildirib”. Guya, bu İxtiyar Hüseynovun övladı da haçansa burada təhsil alıb.
Kimdir bu İxtiyar Hüseynov? Onun ünvanı, yeri, yurdu yoxmu? Onun bu universitetdə təhsil alan övladı kim olub, hansı illərdə oxuyub? Məsələn, mən eyni müvəffəqiyyətlə sabah yazaram ki, Vəli Əliquliyev dedi ki, filan saytın redaktoru vələdüznadır. (Nə çoxdur Vəli Əliquliyev, kim gəlsə deyəcəm, səni yox başqasını deyirəm.) Təbii ki, bu İxtiyar Hüseynov yalan, uydurma bir addır... (Əks halda, sayta şikayət yazınca, birbaşa bizə müraciət edərdi, fikrini bildirərdi)
Görünür, ataları Stalin dövründə millətin seçilmişlərini satanların balaları bu gün də saxta və anonim imzalarla təzədən 37-ni bərpa etmək, xalqın üzdə olan ziyalılarını repressiyaya məruz qoymaq istəyirlər.
Keçməyəcək!
Ümummili Lider Heydər Əliyevin qurduğu və bu gün müdrik Prezident İlham Əliyev tərəfindən idarə olunan müstəqil, azad Azərbaycanda şərə, böhtana, qarayaxmaya yer yoxdur və olmayacaq.
İndi görək özünün və övladının ünvanı, siması bəlli olmayan İxtiyar Hüseynov adlı “valideyn” nə yazır: “Mənim övladım buranı universitet kollecə çevrilməzdən qabaq bitirib”. Adama deyərlər ki, övladın buranı bundan xeyli əvvəl biritiribsə, sənin bu gün universitetlə heç bir əlaqən yoxdursa, onun kollecə çevrilməyini haradan bilirsən?
Naməlum İxtiyar Hüseynov sonra bir qədər də irəli gedir, ürəyini, daha doğrusu çürük palanın içini açıb tökür: “…Açığı bu universitetin fasadını bəzəyən mozaikaya hər dəfə baxdıqca zövq alırdım “. Görünür, bu İxtiyar Hüseynov adlı adamın, işi-gücü olmayıb, hər gün bura gəlib universitetin qabağında dayanıb o mozaikaya baxmaqla zövq alırmış.
“Mozaikanın sökülməsini mətbuatdan öyrəndim, ilk ağlıma gələn söz barbar oldu (sonra bu adam “barbar” sözünün mənasını da izah edir). Bu yaxınlarda təsadüfən universitetin yanından keçəndə (bayaqdan hər gün gəlib mozaikaya baxıb zövq alırdı, indi oradan təsadüfən keçib?) elə bildim ki, buranı köçürüblər. Universitetin girişi tikinti meydançasına bənzəyirdi.”
Lap yaxşı, burada nə pis iş var? Tikinti – abadlıq işinin aparılmasının nəyi İxtiyar Hüseynovun xoşuna gəlmir? Universitet təmir olunur, müasir tələblərə uyğun tədris ocağına çevrilir, internet, vay-fay sistemi ilə təchiz edilir, lift quraşdırılır, bunlar isə İxtiyar Hüseynovun xoşyuna gəlmir. 14-15 slavyan ölkəsi ilə əlaqələrə malik olan, demək olar ki, bütün il boyu xarici qonaqları qəbul edən universitetin təmir olunması niyə İxtiyar Hüseynovu qıcıqlandırır? Çünki onun “mustafası” var... Arzusuna çata bilmədiyindən içindəki çirkabı rektorla yanaşı, prorektorlar Rafiq Novruzovun, Telman Cəfərovun da üstünə tökməklə yanğısını soyutmaq istəyir.
Bu adam universitet haqqında bir kəlmə belə xoş söz dilinə gətirmir: BSU-nun xarici ali məktəblərdə fəaliyyət göstərən müxtəlif mərkəzlər vasitəsilə dilimizi, mədəniyyətimizi təbliğ etməsi, slavyan ölkələri ilə Azərbaycan arasında körpü rolunu oynaması, təlim-tərbiyənin keyfiyyətcə yaxşılaşmasına xidmət edən beynəlxalq layihələrdə iştirakı, universitetdə sessiyalar vaxtı imtahanların tam şəffaf keçirilməsi, imtahan dövründə universitet qapılarının ölkə medisının üzünə açılması, bircə nəfər tələbənin belə narazılıq etməməsi və s. kimi nümunəvi məsələlərə gözünü yumur.
Təbii ki, yuxarıda qeyd etdiyimiz kimi, İxtiyar Hüseynov imzası qondarmadır, bu yazının kim tərəfindən sifariş verildiyini, kimin qəzəbinin ifadəsi olduğunu və pay arzusu ilə yazıldığını yaxşı bilirik. Ancaq bu şəxs şər və böhtandan ibarət olan bu yazısını çap etdirdiyi saytların rəhbərliyindəki dost-tanışlarını da zərbə altında qoyduğunun fərqinə varmır. Bəli, sabah bu sayt məhkəməyə verilib İxtiyar Hüseynov adlı adlı şəxsin kimliyinin araşdırılması tələb edilsə, yenə həqiqi müəllif üzə çıxıb məsuliyyəti üzərinə götürməyəcək. Bu halda sayt rəhbərləri cavab verməli olacaq. Biz mətbuata olan hörmət və ehtirama görə bu addımı atmırıq, lakin lazım gəldiyi halda çox şeyi açıb tökə bilərik.
Qaldı, yenidən gündəmə gələn mozaika məsələsinə. Məlum olduğu kimi, BSU-nun fasadındakı mozaika uzun illər ərzində öz keyfiyyətini itirmiş, onun hazırlandığı rəngli daş parçalarının bəziləri qopub düşmüş, bəziləri də qəzalı vəziyyətdə idi. Onlar qapının üzərində və gediş-gəlişin çox olduğu səki tərəfdə olduğu üçün daim təhlükə yaradırdı. Təmir zamanı mozaikanın da təmir edilməsi, daşların yenisi ilə əvəz edilməsi və möhkəmləndirilməsi qərara alınmışdı. Məsələnin kökünü bilməyən bəzi həmkarlarımız lazımsız hay-küy qaldıraraq tarixi mozaika ətrafında şou yaratmağa çalışdılar və müəyyən mənada bua nail də olduıar. Lakin bu gün təmir işləri sona yetməkdə, mozaika yenidən insanların üzünə açılmaqdadır. Bu sadəcə olaraq universitetdə gedən təmir işlərinin tərkib hissəsidir. Bu günlərdə iş tam yekunlaşacaq.
Bir sözlə, BSU-nun mətbuat xidməti olaraq həmkarlarımızdan bir daha qərəzsiz olmağı, hadisələrə obyektiv yanaşmağı, həqiqəti yazmağı xahiş edirik. Bu işdə onlara istənilən yardımı göstərməyə hazır olduğumuzu da bildirirk. Yetər ki, etibarsız, yalançı İxtiyar Hüseynovların adından istifadə etməsinlər.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər