Azərbaycanda daha bir zavod tikilir - Toxum istehsalı və emalı üçün

Azərbaycanda daha bir zavod tikilir - Toxum istehsalı və emalı üçün Bu il kənd təsərrüfatı sektorunun qarşısında dayanan əsas məqsəd toxum istehsalının inkişafıdır.

Təhsil-press.az-ın məlumatına görə, kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Onun sözlərinə görə, bunun üçün artıq lazımi işlər aparılır.
Nazir bildirib: "Tərəvəz və kartof toxumlarının istehsalında ixtisaslaşan iri müəssisələrin tikintisi artıq başlayıb. Fikrimcə, ilin sonunadək bu müəssisələr istifadəyə veriləcək. Gələcəkdə isə toxum istehsalı və emalı zavodlarının tikilməsi planlaşdırılır".

Təhsil-press.az

Oxşar xəbərlər