BSU daha bir beynəlxalq müqaviləyə imza atdı

BSU daha bir beynəlxalq müqaviləyə imza atdı 15 dekabr 2016-cı il tarixdə Türkiyənin Alaniya Alaaddin Keyqubat Universitetinin rektoru, prof., dr. Əhməd Pinarbaşı Bakı Slavyan Universitetində olmuşdur. Qonağı BSU-nun rektoru professor Nurlana Əliyeva qəbul etmiş, ona universitetin fəaliyyəti, beynəlxalq əlaqələri, kadr hazırlığının istiqamətləri,türkiyəşünaslığın tədrisi və s. barədə ətraflı məlumat vermişdir.
Türkiyəli qonaq universitetin Ukrayna, Rusiya, Belorus Mədəniyyət Mərkəzlərində olmuş, tələbələrlə görüşlər keçirmişdir.
Sonra universitetlər arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Qeyd edək ki, bu müqavilə Alaniya Universitetinin Azərbaycanın ali təhsil müəssisəsi ilə imzaladığı ilk hüquqi sənəddir. Müqavilə universitetlər arasında tələbə və müəllim mübadiləsini, elmi tədqiqatlar və araşdırmalar sahəsində birgə fəaliyyəti nəzərdə tutur. Müqaviləyə əsasən universitetlər birgə beynəlxalq konfrans və simpoziumlar təşkil edə, elmi fəaliyyətin yekunu olaraq elmi toplu və məcmuələr nəşr eləyə biləcək.
Müqaviləni Bakı Slavyan Universitetyi tərəfindən, fil.ü.e.d. , professor Nurlana Əliyeva, Alaniya Alaaddin Keyqubat Universiteti tərəfindən rektor Ahmet Pinarbaşı imzalamışlar.

BSU-nun Mətbuat Xidməti


BSU daha bir beynəlxalq müqaviləyə imza atdıBSU daha bir beynəlxalq müqaviləyə imza atdı

Oxşar xəbərlər