Tələbələr GMO məhsullarının zərərləri barədə məlumatlandırılıblar

Tələbələr GMO məhsullarının zərərləri barədə məlumatlandırılıblar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “İstehlakçıların maarifləndirilməsi: GMO ərzaqları və qida təhlükəsizliyi” layihəsi çərçivəsində tədbir keçirib.
Bu ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev mövzunun aktuallığını diqqətə çatdırıb.
“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Əlövsət Allahverdiyev GMO ərzaqlarının təhlükəsindən və dünyada sürətlə yayılmasından danışıb. Bu cür məhsulların ölkəmizə gətirilməsi və satışı ilə bağlı mövcud vəziyyət barədə fikirlərini bölüşən Ə.Allahverdiyev qeyd edib ki, ərzaq qıtlığını aradan qaldırmaq məqsədilə geni dəyişdirilmiş məhsullar bazarlara ilk dəfə 1990-cı illərin əvvəllərində çıxarılıb. Sonrakı illərdə dünya bazarlarında GMO məhsullarının çəkisinin sürətlə artdığını deyən Ə.Allahverdiyev bu cür məhsulların insanların həyatı üçün böyük təhlükə mənbəyi olduğunu bildirib. Həmçinin GMO məhsullarının ölkəmizə gətirilməsi və satılmasının qanunvericiliklə qadağan olunması qeyd edilib.
Ekspert Zahid Əliyev GMO məhsullarının istehsal səbəbləri, insan orqanizminə təsirləri və gələcəkdə yarada biləcəyi fəsadlar barədə geniş məlumat verib. Son zamanlar geniş yayılan bir çox xəstəliklərin GMO məhsullarından qaynaqlandığını qeyd edən Z.Əliyev xüsusən uşaqlarda allergik xəstəliklərin səbəbləri sırasında bu məhsulların dayandığını vurğulayıb.
Sonra dünyada GMO ərzaqlarının istehsalı, satışı və insan orqanizminə zərərləri barədə tələbələrin sualları cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti


Tələbələr GMO məhsullarının zərərləri barədə məlumatlandırılıblar

Tələbələr GMO məhsullarının zərərləri barədə məlumatlandırılıblar

Oxşar xəbərlər